Beynəlxalq “Qlaukoma həftəsi” çərçivəsində həyata keçirilmiş Azərbaycan Qlaukomatoloqlarının V Konfransı

15 mart 2024-cü il tarixdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Beynəlxalq “Qlaukoma həftəsi” çərçivəsində “Azərbaycan Qlaukomatoloqlarının V Konfransı” keçirildi.

Konfransın keçirilməsində əsas məqsəd el arasında “qara su” kimi tanınan və geridönməz görmə itkisinə səbəb olan qlaukoma xəstəliyi barədə son elmi yenilikləri, müasir müalicə üsullarını müzakirə etmək həmçinin, beynəlxalq oftalmologiyada problemlə bağlı yeni araşdırmaları tədbir iştirakçıların diqqətinə çatdırmaqdan ibarət idi.

Konfransda Türkiyədən, ölkəmizin müxtəlif regionlarından, bir sıra təşkilatlardan və Milli Oftalmologiya Mərkəzindən həkim heyəti iştirak edirdi.

 

Konfrans zamanı Hicran Namazova, Kazımova Leyda, İbrahimova Sona, Məmmədova Gülnarə, Məcidova Səbinə, Ramazanova Xuraman, Sultanova Mariat, Həsənova Nigar, Qəlbinur Tural, Əfəndiyeva Mətanət, Carullazadə İmran, Pirmətov Məhərrəm, Mehmet Yakın, Gülizar Demirok və Ümit Ekşioğlu tərəfindən məruzələr iştirakçıların diqqətinə təqdim edildi, qlaukomanın müasir diaqnostikası və müalicəsi barədə fikirlər səsləndirildi, geridönməz görmə itkisinə səbəb olan göz xəstəliyinin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi həyata keçirildi.

Konfransa moderatorluğu professorlar Kərəm Kərimov, Paşa Qəlbinur, həmçinin Hicran Namazova, Nizami Bağırov, Rasim Hacıyev, Müşfiq Kərimov, Tural Qəlbinur, Aybəniz Əhmədova, Qurban Ismayilov, Nigar Həsənova, Сəmil Həsənov, Rafadar Xəliliov, Xəlil Hüseynov, Məhərrəm Pirmətov, İmran Carullazadə və Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri Dr. Emin Əlihüseynli həyata keçirdilər.

Konfransın elmi hissəsindən sonra Dr. Cəmil Həsənov tərəfindən canlı cərrahiyə icra olundu. Sonda mövzu ilə əlaqədar suallar müzakirə olunaraq, təkliflər səsləndirildi.

Dostluq və qardaşlıq atmosferində keçən konfrans iştirakçılar tərəfindən yüksək qiymətləndirildi, yalnız xoş xatirələrlə deyil, eyni zamanda son elmi məlumatlarla yaddaşlara həkk olundu.