ICO Portal. Oftalmoloqlar üçün daha bir ödənişsiz resurs.

2020-ci ilin iyun ayında CAR-ın paytaxtı Keyp-taunda keçirilməsi planlaşdırılan Dünya Oftalmologiya Konqresi 2020 (WOC-2020) COVİD-19 pandemiyası ilə əlaqədar olaraq təxirə salındı və konqres on-line vebinar formatında keçirildi.

Vebinar konqresdə dünyanın bir çox beynəlxalq, milli və sub-ixtisas təşkilatları oftalmologiyanın müxtəlif sahələrini əhatə edən mövzular üzrə oftalmoloqların diqqətinə son elmi məlumatları çatdırdılar. Konqresdə iştirak ödənişli olsa da, hazırda seçilmiş təqdimatlar ödənişsiz şərtlərlə təqdim edilir.

Video formatda olan təqdimatları izləmək üçün ICO Portalında qeydiyyatdan keçə bilərsiz.