Konyunktivanın Malignant melanoması
62 yaşlı qadın qeyd edir ki, onun sol gözünün konyunktivasında 8 yaşından xal var. 10 gün əvvəl həmin xalın böyüməsi və rənginin kəskin dəyişməsinə görə həkimə müraciət edib. Qadının anamnezində bədxassəli törəmələr qeyd edilmir, həmçinin o, özünü hər zaman günəşdən qoruduğunu qeyd edir. Törəmə eksiziya olunaraq yerləşdiyi nahiyyəyə krioterapiya tətbiq edildi.
Histopatoloji müayinə törəmənin maliqnant melanoma olduğunu təsdiq etdi.