Təzə Lazer çapığı

Anamnezində heç bir problemi olmayan 39 yaşlı qadın son bir həftə müddətində sol gözündə görməsinin ağrısız və kəskin bulanmasından şikayət edir. Ən münasib korreksiya ilə sağ gözünün görməsi 0,8-dir. Sol gözünün görməsi isə barmaq sayına qədər azalıb. Göz dibinin müayinəsi zamanı sol gözdə mərkəzi seroz xorioretinopatiya və ikincili neovaskulyar membran aşkarlanmışdı. Müalicə məqsədi ilə davamlılıq müddəti 0.5 saniyyə və hər birinin ölçüsü 100 mikrometr olan 41 yanığın həyata keçirilməsi üçün fokal qırmızı Kripton lazerdən istifadə edildi.  Gördüyünüz fotoşəkil müalicədən 10 dəqiqə sonra götürülmüşdür.

Bu səhifədə istifadə olunan materiallar Amerika Oftalmologiya Akademiyası tərəfindən hazırlanmış Oftalmoloji Təhsil və Yeniliklər Şəbəkəsində yerləşdirlimiş EyeNet jurnalından götürülmüşdür.