Hipertenziv Ön İşemik Optik Neyropatiya
38 yaşlı kişi son 24 saat ərzində sağ gözündə görmənin təhrif olunmasından şikayət edir. Onun sözlərinə əsasən görmə sahəsinin aşağı hissəsi bulanıqlaşıb və hissəvi kölgə müşahidə edilir. Sağ gözündə görməsi barmaq sayına qədər azalıb, sol gözündə isə 1.0 vahiddir. Göz daxili təzyiq sağ gözdə 20 mm c. süt. sol gözdə isə 19 mm c. süt. təşkil edir.
Göz dibinin müayinəsi zamanı hər iki gözün makulyar nahiyyəsində səpələnmiş yumşaq eksudatlar və sağ gözdə görmə siniri məməciyinin diffuz ödemi müşahidə edilir. Görmə sahəsinin müayinəsi zamanı onun daralması, OCT müayinəsi zamanı isə makulyar ödem aşkarlandı. Xəstənin arterial təzyiqinin 220/130 mm c süt olduğu, həmçinin qanın biokimyəvi analizində xolesterolun miqdarının yüksək oldüğu müəyyənləşdirildi. Xəstəyə “OU-Hipertonik retinopatiya. OD- Ön İşemik Optik Neyropatiya” diaqnozu qoyuldu.
Arterial hipertoniyanın müalicəsi və nəzarətdə saxlanılması nəticəsində xəstənin qan təzyiqi 140/90 mm c. süt. təşkil edir və o, görməsinin yaxşılaşmasını qeyd edir.