Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin 20 illiyi
21 noyabr 2006-cı ildə təsis edilmiş Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyi (MOİYB) 2026-cı ildə fəaliyyətə başlamasının 20 illiyini qeyd edir. Təşkilatın yaradılmasında əsas məqsəd Azərbaycanda oftalmologiyanın və klinik praktikanın inkişafına dəstək vermək, müasir diaqnostika və müalicə metodlarının tətbiqini təşviq etmək, eləcə də oftalmoloqların elmi və peşəkar inkişafına töhfə vermək olmuşdur. MOİYB yarandığı gündən oftalmologiya sahəsində innovasiyaların təşviqi, elmi bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, beynəlxalq əməkdaşlığın inkişafı və yeni nəsil oftalmoloqların dəstəklənməsi istiqamətində fəaliyyət göstərmiş, bu illər ərzində müasir oftalmologiyanın inkişafına, peşəkar həmrəyliyin möhkəmləndirilməsinə və ölkəmizdə oftalmoloji yeniliklərin təşviqinə xidmət edən təşəbbüslərlə çıxış etmişdir.
Təşkilatımız yarandığı gündən yaradıcı potensiala malik kreativ gənc oftalmoloqlarla işləməyə böyük önəm vermiş, onların faydalı ideyalarını hər zaman yüksək qiymətləndirərək dəstəkləmişdir. Məhz onlara olan etibar və güvənc sayəsində fəaliyətimizdə uğurlar əldə etmişik.
Biz bu gün də öz təməl prinsiplərimizə sadiq qalaraq ölkəmizdə müasir oftalmologiyanın inkişafında yeni fikirləri olan yaradıcı gəncləri öz sıralarımızda görməyə, həmçinin onların yeni ideya və təkliflərini hər zaman böyük həvəslə dinləməyə hazır olduğumuzu bildirirk.
Birliyin fəaliyyəti barədə ətraflı məlumat almaq üçün bura daxil ola bilərsiz.