“Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfrans

Dünyanın bir çox ölkələrində “Beynəlxalq Qlaukoma Həftəsi” bu il martın 12-dən 18-dək keçirilir. “Qlaukoma Həftəsi” Dünya Qlaukoma və Dünya Qlaukomalı Xəstələr assosiasiyaları arasında yaradılmış ortaq təşəbbüsdür.

10 mart 2023-cü il tarixdə “Beynəlxalq Qlaukoma həftəsi” çərçivəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfrans keçirildi.

Sağdan-sola: Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri Dr. Emin Əlihüseynli, Azərbaycan Oftalmoloqlar Cəmiyyətin sədr müavini Dr. Yazgül Abdiyeva və Akademik Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktor müavini Dr. Ceyhun Nəzərli. 

Konfransda regionlardan, Milli Oftalmologiya Mərkəzindən və digər təşkilatlardan olan oftalmoloqlar canlı, Türkiyədən olan mütəxəssislər isə onlayn formatda məruzələrini iştirakçıların diqqətinə təqdim etdilər.

Konfransda Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri Dr. Emin Əlihüseynli “Qlaukoma üzrə klinik halların təqdimatında interaktiv texnologiyaların tətbiqi” adlı məruzə ilə çıxış etdi.

Təqdimatlardan sonra mövzular ətrafında müzakirələr aparıldı.

Konfrans zəngin elmi proqramı, xoş atmosferi və maraqlı müzakirələri ilə iştirakçıların yaddaşına həkk olundu.