The 14th Annual Congress on Controversies in Ophthalmology: (COPHy) – Oftalmologiyada Mübahisəli Məsələlər adlı 14-cü Konqres

COPHy Global 2021 və 2022 Virtual konqreslərinin uğurundan sonra “COPHy 2023” konqresi yenidən ənənəvi və üzbəüz görüş formatında keçiriləcək.

The 14th Annual Congress on Controversies in Ophthalmology: (COPHy) – Oftalmologiyada Mübahisəli Məsələlərə adlı 14-cü İllik Konqres 24-25 Mart 2023-cü il tarixlərində Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçiriləcək.

Avropanın Praqa, Barselona, ​​İstanbul, Budapeşt, Lissabon, Sorrento, Varşava, Madrid, Afina və Dublin şəhərlərində keçirilən əvvəlki “COPHy” Konqreslərinin böyük uğuru, həmçinin ən son virtual konqreslərdən alınmış müsbət rəylər, bu konqreslərin böyük uğurunu təsdiq etdi. Məhz buna görə bu il 14-cü konqresin keçirilməsi planlaşdırıldı.

Bu il Lissabonda keçiriləcək konqresin əvvəlki “COPHy” konqreslərinin ənənələrinə sadiq qalaraq, daha da təkmilləşdirilməsi nəzərdə tutulub. Konqresdə sessiya moderatorları, məruzəçilər və auditoriya arasında sübuta əsaslanan elmi debatlar və müzakirələrə geniş yer veriləcək. Müzakirələr zamanı oftalmologiya sahəsində ən aktual və mübahisəli məsələləri araşdırılaraq, təhlil ediləcək. Konqres tor qişa xəstəlikləri üzrə mübahisəli halları, eləcə də neyro-oftalmologiya və uveit kimi oftalmologiyanın fərqli sahələrini əhatə edən maraqlı müzakirələrə səbəb olacaq mövzuları əhatə edəcək.

Məruzəçilərlə auditoriya arasında müzakirə üçün geniş yer veriləcək konqresdə, ekspert rəyi də daxil olmaqla, sübuta əsaslanan tibb vasitəsilə məlumatlar məhdud qaldıqda belə, davamlı debatlar sayəsində müasir tövsiyələrin əldə edilməsini hədəfləyir. Konqres ıştirakçıları yerli və beynəlxalq aparıcı ekspertlər tərəfindən paylaşılan fikir və təcrübə mübadiləsinin həyata keçirildiyi dinamik, canlı görüşdə iştirak etmək imkanı əldə edəcəklər.

Sizi Portuqaliyanın Lissabon şəhərində 14-cü COPHy Konqresində iştirak etməyə dəvət edirik.

Ətraflı məlumat əldə etmək üçün Konqresin rəsmi saytına daxil ola bilərsiz.