Türk Cümhuriyyətləri Oftalmologiya Dərnəyinin (TCOD) gənc oftalmoloqlar komitəsinin VI vebinarı
27 mart 2022 – ci il tarixdə, Bakı vaxtı ilə saat 15:00-da Türk Cümhuriyyətləri Oftalmologiya Dərnəyinin (TCOD) gənc oftalmoloqlar komitəsinin növbəti on-line vebinarı keçirildi. Vebinarda Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri və TCOD gənc oftalmoloqlar komitəsinin mentoru Dr. Emin Əlihüseynli, Ankara Başkənt Universitetinin Oftalmologiya kafedrasının rəhbəri Dr. Gürsəl Yılmaz və TCOD gənc oftalmoloqlar komitəsinin sədri Dr. Burcu Nurözlər Tabakcı toplantıya moderatorluq etdilər.
Toplantıda Azərbaycandan Dr. Jalə İsgəndərova – “Spondiloartriti olan xəstədə uveit”, Dr. Humay Bayramova isə “Uşaqlarda göz travmaları” mövzusunda klinik hallarla çıxış etdilər. Həmçinin Türkiyə və Başqırtıstandan olan gənc oftalmoloqlar da müxtəlif klinik hallar üzrə məruzələri iştirakçıların diqqətinə təqdim etdilər.
Mövzular üzrə müzakirələr həyata keçirildi, müxtəlif fikirlər səsləndirildi.
Toplantı TCOD-un sədri Dr. Önər Gəlişkənin gənclərə arzu və tövsiyyələri ilə yekunlaşdı. Sonda vebinardan xatirə fotosu çəkildi.