Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) və Türk Cümhuriyyətləri Oftalmologiya Dərnəyinin (TCOD) heyət üzvlərinin birgə toplantısı

11 sentyabr 2021-ci il tarixdə Bakı vaxtı ilə saat 15:00-da Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) və Türk Cümhuriyyətləri Oftalmologiya Dərnəyinin (TCOD) heyət üzvlərinin birgə iştirakı ilə vebinar toplantı keçirildi. Toplantıda 2022-ci ildə həyata keçirilməsi nəzərdə tutulan bir sıra məsələlər müzakirə edildi.

Vebinarda Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri Dr. Emin Əlihüseynli, TCOD Genel Başkanı Prof. Öner Gelişken, Prof. Süleyman Kaynak, Prof. Nurten Ünlü, Prof. Ayşe Burcu, Prof. Kərəm Kərimov, Prof. Çingiz Carullazadə, Prof. Rasim Hacıyev, Prof. Paşa Qəlbinur, t.e.d. Hicran Namazova, Dr. Ceyhun Nəzərli, həmçinin AOC-nin sədr müavini Dr. Yazgül Abdıyeva və digərləri iştirak etdi. Təkliflər səsləndirildi və növbəti ilə bəzi qərarlar qəbul edildi.