Türk Cümhuriyyətləri Oftalmologiya Dərnəyinin (TCOD) gənc oftalmoloqlar komitəsinin III vebinarı
17 oktyabr 2021-ci il tarixdə, Bakı vaxtı ilə saat 15:00-da Türk Cümhuriyyətləri Oftalmologiya Dərnəyinin (TCOD) gənc oftalmoloqlar komitəsinin on-line vebinarı keçirildi. Vebinarda Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri Dr. Emin Əlihüseynli, Ankara Başkənt Universitetinin Oftalmologiya kafedrasının rəhbəri Dr. Gürsəl Yılmaz və TCOD gənc oftalmoloqlar komitəsinin sədri Dr. Burcu Nurözlər Tabakcı toplantıya moderatorluq etdilər.
Toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistandan olan gənc oftalmoloqlar müxtəlif klinik hallar üzrə məruzələrlə çıxış etdilər.
Mövzular üzrə müzakirələr həyata keçirildi, müxtəlif fikirlər səsləndirildi.
Toplantı TCOD-un sədri Dr. Önər Gəlişkənin çıxışı ilə yekunlaşdırıldı.