Böyük ölçülü şişin bapbalaca skotoması
71 yaşlı kişi illik müayinə zamanı ləng başlanğıclı bulanıqlıq və uzaq məsafədən yaxına baxarkən fokuslanma çətinliyindən şikayətlənirdi. O, bir neçə dəqiqə davam edən rəngli parıltılar görürdü. Hər iki gözdə tam korreksiya ilə görmə itiliyi 1.0 (v) və GDT normal idi. Göz dibi müayinəsində iki gözdə də epiretinal membran izi müşahidə olunurdu. Optik sinirin OCT müayinəsində hər iki gözdə normal sinir lifi təbəqəsi qalınlığı ilə böyük çuxurluq müəyyən olunurdu. Görmə sahəsi müayinəsi həm sol (şəkil 1), həm də sağ gözdə (şəkil 2) sol homonim yuxarı mərkəzi defekt göstərirdi. Beynin T2 ağırlıqlı aksiyal görüntülü MRT-si (şəkil 3) və T1 sagittal FLAİR kontrastlı MRT-də arxa beyincik çadırının və beyin orağının 44x37x41-mm ölçülü, beyincik və ənsə payına bilateral kütlə təsiri göstərən meningioması izlənildi. Şiş əməliyyatla götürüldü və bundan sonra görmə sahəsi defektləri yaxşılaşmağa başladı.
EyeNet. February, 2022.
Tərcümə etdi: Dr. Pərvin Ağayeva