Tağ konyunktivasının gizli yad cismi

Müayinəyə anamnezində bir ildir ki, davam edən sağ üst göz qapağının ödemi, ptoz və supero-nazal yerləşmiş kiçik düyün ilə Tip 1 neyrofibromatoz diaqnozu olan 3 yaşlı oğlan uşağı gətirildi. Qeyri-həssas, yumşaq və hərəkətli düyün xalazion kimi müalicə olunmuşdu. Düyünün davamlılığı və xalaziona xas olmayacaq şəkildə yüksək yerləşməsinə görə beyin və orbitanın MRT müayinəsi aparıldı və kəskin bucaqları olan, 6x7x10-mm ölçülü hipointensiv süni yad cisim izlənildi.

Anesteziya altında aparılan müayinə zamanı tünd rəngli yad cisim aşkarlandı. Konyunktival tağa qədər daxil olduğu müəyyən olunan yad cisim pinsetlə ehtiyatlı şəkildə çıxarıldı. Altındakı konyunktiva qalınlaşmış olsa da kəsik yox idi. Yad cismin mənşəyi naməlum qalır.

Göz qapaqlarının atipik kütlələri ilə müraciət edən azyaşlı uşaqlarda gizli yad cisim ehtimalı nəzərə alınmalıdır.

EyeNet. January, 2022.

 

Tərcümə etdi: Dr. Pərvin Ağayeva

pervin.guluzadeh@gmail.com