Buynuz qişanın ağacvari xorası

56 yaşlı qadın bir aydır ki, sol gözündəki ağrıdan, qızartıdan və görməsinin bulanmasından şikayət edir. Sözlərinə əsasən əvvəllər gözlərindən şikayəti olmayıb.

Görmə itiliyinin müayinəsi zamanı vis OD- 1.0; vis OS – 05-dir. Göz daxili təzyiq OD- 16 mm c.süt., OS- 18 mm c süt. təşkil edir. Sol gözün buynuz qişasında səthi ağacvari xora qeyd edilir. Ön kamera orta dərin, göz dibi strukturları norma hüdudundadır. Sağ gözün strukturları norma hüdudundadır. Xəstəyə antivirus müalicə təyin edildi və bir aylıq müşahidəyə götürüldü. Müalicədən sonra zədələnmiş nahiyyə yerində zərif çapıq formalaşdı. Xəstə tam sağalaraq görmə itiliyi vis OS- 0.7 təşkil etdi.