Mikroanevrizm. Daxili hüdudi membranaltı hemorragiya ilə.
58 yaşlı kişi qəfil baş vermiş mərkəzi görməsinin itirilməsindən şikayət edir. Göz dibinin müayinəsi zamanı tor qişanın geniş suluqvari qabarmasına səbəb olan sərt aypara şəkilli hemorragiya müşahidə olunur. Fluoressein angioqrammasının orta fazasında tor qişa arteriyasının mikroanevrizması aşkar olundu. Angiqrammada tor qişa kapilyarlarının tor qişada meydana gəlmiş suluğun üzərindən əyilməsi qeyd edilir.