Qüzehli qişanın spontan qanaxması
83 yaşlı qadın sol gözündə görmənin zəifləməsindən şikayət edir. Xəstənin sözlərinə əsasən sol gözündəki ağımtıl duman onun görməsinə mane olur. Sol gözün müayinəsi zamanı qüzehli qişanın bəbək kənarının aşağı temporal hissəsində saat 4 nahiyyəsində ön kameraya doğru kiçik qansızma qeyd edilir. Sol gözə 2 saat müddətinə sarğı qoyulduqdan sonra xəstənin görməsi normallaşdı.
Anamnestik məlumata əsasən xəstə şəkərli diabetdən və arterial hipertoniyadan əziyyət çəkir.3 il əvvəl bir neçə dəfə kiçik insultlar keçirib. Xəstənin sözlərinə əsasən qanda şəkərin səviyyəsini nəzarətdə saxlayır. Korreksiya ilə vis OD- 0.5; vis OS- 0.8 təşkil edir.Sağ gözün bəbəyinin diametri 4-dən 3.75 mm-ə qədər, sol gözünün bəbəyi isə 2-dən 1.75 mm-ə qədər dəyişir. Hər iki gözün bəbəyi ləng reaksiya versədə nə qüzehli qişanın rubeozu, nə də afferent bəbək defekti müşahidə edilmir. Sol gözdə göz daxili təzyiq 12 mm c.süt. təşkil edir. Hər iki gözdə +2 sklerotik nüvə kataraktası qeyd edilir.
Xəstənin müayinəsi onun sol gözündə tranzitor monookulyar görmə pozğunluğunun (amaurosis fugax) olduğunu müəyyən etdi.