Göbələk mənşəli endoftalmit
Sol gözündə Tip 1 Boston kreratoprotezi (KPro) olan 79 yaşlı qadın Kpro`nun ön optikasının altındakı infiltratla müracəit etmişdi. İnfiltratdan yaxma götürüldü və sadəcə epidermal stafilokok üçün müsbət nəticə alındı. Xəstəyə topikal vankomisin başlandı, lakin yaxşılaşma müşahidə olunmadı. Daha sonra xəstədə göz dibi müayinəsində görünən şüşəvari cismin bulanıqlıqları formalaşdı (şək.1). Bulanıqlıqların “sapa düzülmüş mirvari” görünüşü göbələk mənşəli endoftalmit şübhəsi yaratdı. Ona intravitreal vorikonazol inyeksiyası və bir neçə gün sonra pars plana vitrektomiya əməliyyatı həyata keçirildi. Şüşəyəbənzər cisim aspiratlarında göbələk patologiyasına xas olan boyanmaş hifeya nəzərə çarpırdı, bu da ehtimal olunan diaqnozun Kandida albikans keratiti və sonrakı endoftalmit olduğunu göstərdi.
EyeNet. May, 2023.
Tərcümə etdi: Dr. Pərvin Ağayeva