İntravitreal Fluosinolon İmplantının Spontan Yerdəyişməsi
Uzunmüddətli bilateral panuveiti olan 49 yaşlı qadın sol gözündə görmənin azalması ilə müraciət etmişdi. Onun panuveiti sistem müalicəyə refrakter idi və çoxsaylı intravitreal fluosinolon implantına ehtiyac yaratmışdı: 3 dəfə sağ gözə, 2 dəfə sol gözə. Vizus müayinəsində sağ gözdə işıq hissiyyatı yox idi və sol gözdə görmə 0.16 idi (6 ay əvvəlki 0.4 göstəricisindən aşağı). Yarıqlı lampa müayinəsində sağ gözdə zolaqlı keratopatiya və sıx bəbək membranı, sol gözdə isə görmə oxunu əhatə edən erkən zolaqlı keratopatiya və buynuz qişada müəyyən qədər ödem, həmçinin ön kamerada aşağı nahiyəyə yerləşmiş fluosinolon implantı (Retisert) görünürdü (şəkil 1).
Dislokasiya olunmuş implantın çıxarılması üçün cərrahi retina şöbəsinə müraciət edildi. Lakin konsultasiya müayinəsində sol gözün buynuz qişası stabil idi və Retisert artıq ön kamerada deyildi. Biz xəstənin monookulyar vəziyyəti və cərrahi fəsadların riskinin yüksək olmasına görə implantın çıxarılmağına ehtiyac olmadığını müəyyənləşdirdik. Xəstəni mütəmadi izləməyi, əgər simptomlar yaranarsa və ya buynuz qişada dekompensasiya inkişaf edərsə, implantın təcili çıxarılmasını və xəstəni görmə üçün əhəmiyyətli zolaqlı keratopatiyaya görə buynuz qişa şöbəsinə yönləndirməyi planlaşdırdıq.
EyeNet. April, 2021.
Tərcümə etdi: Dr. Pərvin Ağayeva