Pandemiya dövründə özünə xəsarət yetirmə
Depressiya əleyhinə duloksetin qəbul edən 40 yaşlı mühəndis sol üst qapağının davamlı xalazionunun dəyərləndirilməsi üçün müraciət etmişdi (şəkil 1). Covid-19 pandemiyası zamanı o, meybom vəzilərini oymaq və ağrılı meybom daşları olduğuna inandığı qranulyasiya toxumasını soymaq üçün xalaziona iti uclu pinsetlə müdaxilə etmişdi. O bildirdi ki, göz qapağını tutmaq ağrılı olsa da bu, daimi yad cisim hissində müvəqqəti, lakin əhəmiyyətli yüngülləşməyə səbəb olmuşdu.
Müayinədə göz qapağının retraksiyası, madaroz, qapaq kənarı və meybom vəzlərinin tam qalınlıqda tarzal yarıq ilə silinməsi aşkarlandı (şəkil 2). Skleral bondaj kontakt linzasının təyinatı qadının obsessiv-kompulsiv dövrünü sakitləşdirərək qapağın sağalmasına imkan verdi.
Oftalmoloqlar, xüsusən əvvəldən psixiatrik diaqnozu olan xəstələrdə karantin, həmçinin təcrid nəticəsində yaranan və pasiyentin özünə xəsarət yetirməsi hallarına yüksək ayıqlıq göstərməlidirlər. Təfərrüatlı anamnezin toplanması çox faydalıdır və çətin hallarda psixiatr ilə birgə müalicə nəzərdən keçirilməlidir.
EyeNet. August, 2021.
Tərcümə etdi: Dr. Pərvin Ağayeva