UGS fotoda müəyyən edilmiş buynuz qişanın hepretik dendriti

71 yaşlı kişi klinikaya sol gözünün qızarması şikayəti ilə müraciət edib. O, həkim müayinəsindən öncə görüntüləmə üçün göndərilmişdi və bu, onun ultra-geniş-sahə (UGS) fundus fotoqrafiya vasitəsilə çəkilən göz dibinin autoflüoressens şəklidir. UGS görüntüləmə gözün arxa seqmentinin sənədləşdirmə və dəyərləndirilməsi üçün istifadə olunur. Buna baxmayaraq, UGS fundus görüntüləməsi artifakt şəklində retinanın səthində və tərs çevrilmiş halda olan ön seqment tapıntılarını aşkara çıxara bilər. Xəstənin sol gözünün yarıqlı lampa müayinəsi buynuz qişada herpetik dendritin varlığını təsdiq etdi. Bu klinik hal göstərir ki, UGS fundus fotoqrafiyası yarıqlı lampa olmadıqda potensial olaraq görməni təhdid edən ön seqment patologiyasının sənədləşdirilməsində faydalı vasitə ola bilər.

EyeNet. July, 2021.

 

Tərcümə etdi: Dr. Pərvin Ağayeva

pervin.guluzadeh@gmail.com