Pətək əlaməti: Təkrarlanan “Enterococcus Faecalis” Endoftalmiti
65 yaşlı qadın kombinə olunmuş dessemet membranla endotel keratoplastikası, kataraktanın ektraksiyası və İOL implantasiyası əməliyyatından 2 gün sonra müraciət etmişdi. Görməsi göz önündə əl hərəkəti idi, ön kamera və şüşəyəbənzər cismin ciddi iltihabı mövcud idi. Ona əməliyyat sonrası bakterial endoftalmit ehtimalına görə şüşəyəbənzər cisimdən yaxma götürülərək intravitreal vankomisin və seftazidim inyeksiyası olundu. Şüşəyəbənzər cisim yaxmasında “Enterococcus Faecalis” inkişaf etdi. Xəstə ilkin olaraq müalicəyə cavab verdi və görmə 0,15-ə qədər artaraq göz sakitləşdi.
2 ay sonra o, artan ağrı və pisləşən görmə ilə yenidən müraciət etdi. Müayinədə təkrarlanan endoftalmitə xas olan, arxa kapsulun arxa səthində iltihabi reaksiya və ehtimal olunan yoluxucu materialın pətəkşəkilli quruluşu aşkarlandı (şəkil). Ona İOL-kisə kompleksinin çıxarılması ilə diaqnostik və müalicəvi pars plana vitrektomiya əməliyyatı icra olundu və intravitreal vankomisin və amikasin inyeksiyası edildi. Vitrektomiya yaxma nəticələri yenə E. Faecalis-ə görə müsbət idi. 3 ay sonra onun görməsi 0.25-ə qədər bərpa olundu. Hazırda hər hansı rekurrent infeksiya və iltihab qeyd edilmir.
EyeNet. October, 2021.
Tərcümə etdi: Dr. Pərvin Ağayeva