Piyogen qranuloma
44 yaşlı qadın sağ alt göz qapağında 2 həftəlik anamnezi olan, yeni, böyüyən törəmə ilə müraciət etmişdi. Törəmə o, kontakt linzanı çətinliklə çıxardandan sonra yaranmışdı (şək.1).
Göz ağrısı, həssaslıq və ifrazat yox idi. Onun tibbi və okulyar anamnezində sadəcə 4 il əvvəl keçirtdiyi epidemik keratokonyunktivit diqqətə layiq idi (sağ gözdə soldan daha pis keçmişdi).
Hər iki gözdə korreksiya olunmuş görmə itiliyi 1,0 və GDT normal idi. Yarıqlı lampa müayinəsində sağ gözün palpebral konyunktivasında qırmızımtıl, damarlı, paylı törəmə aşkar olundu. Törəmənin lobulyar kapilyar hemangioma kimi tanınan piyogen qranuloma olduğu müəyyən olundu. Müayinə zamanı başqa nəzərə çarpan heç bir dəyişiklik yox idi.
Xəstə ilə müalicə seçimləri müzakirə olundu və o, yerli dərman müalicəsini və konservativ nəzarəti seçdi.
Xəstəyə kontakt linza istifadəsini müvəqqəti dayandırmaq məsləhət görüldü və ona gündə 4 dəfə 1 %-li prednizolon asetat və gündə 2 dəfə 0,5 %-li timolol damcıları təyin olundu. 3 həftə sonrakı təqibdə əhəmiyyətli yaxşılaşma var idi (şək.2).
Piyogen qranulomalar tez tez xalaziyalar ilə əlaqəli olur və bu xəstədə də belə bir əlaqə olduğuna ciddi şübhə var idi.
Bəzi hallarda maksimal yaxşılaşma üçün bu xalaziyalar tam eksiziya olunmalıdır.
EyeNet. August, 2023.
Tərcümə etdi: Dr. Pərvin Ağayeva