Qeyri-bullöz ixtioziform eritroderma zamanı bilateral ektropion
34 yaşlı qadın anamnezində 6 aydır ki, davam edən yaşaxma, yad cisim hissiyyatı və hər iki gözqapağı kənarının bayıra çevrilməsi ilə müraciət etmişdi. Onun sağ və sol gözlərində görmə itiliyi 1,0 idi. Müayinədə göz qapağı ətrafı dəri və üzdə ağımtıl pulcuqlanmalarla bilateral alt göz qapağının ektropionu və kirpiklərin tökülməsi aşkarlandı (şək.1). Onun bədəninin bütün səthində, xüsusən də əllərin (şək.2), saidin (şək.3) və baldırın ekstensor səthlərində pulcuqlar (pulcuqlar qalın, quru, ləkəşəkilli idi (şək.4) ) və dəri quruluğu müşahidə olunurdu. Əlavə olaraq dırnaqlarda çuxurluq da qeyd edilirdi (şək.2). O, həmçinin artan tərləmədən şikayət edirdi. Qeyd edilməlidir ki, xəstə vaxt ötdükcə tökülərək, bədəndə pulcuqlar buraxan kollodion membranla doğulmuşdu. O, dəri xəstəlikləri klinikasına göndərildi, anadangəlmə qeyri-bullöz ixtioziform eritroderma (AQBİE) diaqnozu qoyuldu və ona gündəlik oral asitretin və yerli yumşaldıcıların tətbiqinə başlanıldı.
EyeNet. January, 2020.
Tərcümə etdi: Dr. Pərvin Ağayeva