Qüzehli qişa piqment epitelinin “burum”u

53 yaşlı kişi sağ gözünün önündə hərəkət edən kölgədən şikayət edirdi. O, həvəskar astonomiya fotoqrafı və autogiro təyyarə pilotu idi və bir neçə il əvvəl katarakta əməliyyatı olunmuşdu.  O, bu yüksək itilikli, vahid fon tapşırıqlarının hər ikisində iştirak edərkən kölgə daha da pisləşirdi.

Müayinədə bəbəyi iki yerə bölən (şəkil 1) və qüzehli qişanın arxa orta periferiyasından sallanan (şəkil 2) uzunsov, tünd piqmentli, hərəkətli artım nəzərə çarpırdı. Artımın birləşdiyi yerdən dairəvi olaraq saat əqrəbi istiqamətində, təxmini zədə ölçüsünə uyğun məsafədə uzanan, eyni ölçülü transilluminasiya defekti var idi (şəkil 3). Ümumi olaraq isə ön seqment təmiz artifakik idi.

Artımın qüzehli qişa piqment epitelinin burumu olduğu nəticəsinə gəlindi. Burum əməliyyatxanada fəsadsız götürüldü və simptomlar tamamilə keçdi. Boş burumlar, qapaqlar və qüzehli qişanın təbəqələrinə nadir hallarda rast gəlinir. Bu hal stromal liflərin kortəbii və mütəmadi köhnəldiyi iridoskizis sindromuna bənzəmir. Üstündəki normal, travmatizə olmamış stromadan piqment epiteli təbəqəsinin soyulması, adətən ön seqment cərrahiyyəsində kortəbii və atravmatik olaraq yaranır. Boş toxuma bu klinik haldakı kimi kiçik ola bilər, və ya qüzehli qişanın böyük miqdarını da ehtiva edə bilər. Təcrübədə bütöv epitel təbəqəsinin bir təbəqə şəklində ayrılması da rast gəlinib.

EyeNet. November, 2022.

Tərcümə etdi: Dr. Pərvin Ağayeva

pervin.guluzadeh@gmail.com