Qüzehli qişanın hemangioması
Anamnezində göz patologiyası olmayan, somatik sağlam 42 yaşlı qadın sol gözündə spontan hifemanın dəyərləndirilməsi üçün göndərilib. Hər hansı travma və Valsalva əlaməti qeyd edilmədi. Müayinə zamanı yeganə diqqətəlayiq əlamət qonioskopiyada kirpikli cismə paralel uzanan qüzehli qişa damarı idi (şək.1).
Okulyar onkoloqa müraciət edərkən xəstənin görmə itiliyi 0,6 və GDT norma daxilində idi. Sol gözün yarıqlı lampa və gen bəbəkdə göz dibi müayinəsi görünən qanaxma mənbəyini aşkar etmədi (şək.2). Yüksək tezlikli ultrasəs müayinəsi sol gözdə saat 6 mövqeyində cüzi bucaq daralması ilə birlikdə tək neyroepitelial qüzehli qişanın kistini göstərdi. Qüzehli qişanın flüoressein angioqrafiyası göz bəbəyinin kənarında sızma aşkar etdi və qüzehli qişa hemangioması diaqnozu qoyuldu (şək.3 və 4). Bu halın spontan hifemanın nadir rast gəlinən səbəbi olduğu bildirildi. Xəstə dinamik nəzarətə götürüldü.
EyeNet. November, 2023.
Tərcümə etdi: Dr. Pərvin Ağayeva