Simpatik Oftalmiya
5 ay əvvəl sol gözündə 2 dəfə göz almasının açıq rekonstruktiv əməliyyatı keçirmiş 59 yaşlı qadın klinikamıza sağ gözündə son günlərdə görmənin ani azalması şikayəti ilə göndərilmişdi. Qəbulda onun görmə itiliyi əl hərəkəti idi. Sağ gözünün ön seqment müayinəsində 3+ ön kamera hüceyrələri və böyük keratik presipitatlar görünürdü, həmçinin GDT yüksəlmişdi. Tam müayinə zamanı vitrit, diffuz retinal bulanıqlıq və bütün torlu qişa boyunca yayılan balaca sarı-ağ zədə sahələri aşkarlandı (şək.1). Sol gözün ftizik görünüşü və aşkar band keratopatiyası qeyd edilirdi. Onun indiki vəziyyətinə uyğun gəlməyən müsbət QuantiFERON-TB qızıl testindən savayı infeksion səbəbi aşkarlamaq üçün həyata keçirilən digər müayinələrin heç biri nəticə vermədi.
Sağ gözün OKT müayinəsi Dalen-Fuks düyünlərinə uyğun olan subretinal düyünlər nümayiş etdirdi (şək.2). Flüoressein angioqrafiya venoz fazada RPE (retina piqment epiteli) səviyyəsində və əvvəl qeyd olunan düyünlərin üzərində çoxsaylı hiperflüoressent sızma sahələri göstərdi (şək.3). İndosianin yaşıl angioqrafiyasındakı normal xoroidal damar sistemi və Dalen-Fuks düyünlərinin vurğulanmasını RPE-dəki diffuz bloklanma sahələri ilə qiymətləndirmək olar (şək.4).
Anamnez və bu tapıntılar nəzərə alınaraq xəstəyə sağ gözdə simpatik oftalmiya diaqnozu qoyuldu.
O, vərəm müalicəsindən əvvəl ilkin olaraq sistemik və intraokulyar steroidlərlə müalicə olundu, davamında isə intravitreal flüosinolon-asetonid implantı və adalimumab ilə nəzarətdə saxlanıldı. Müalicədən sonra onun ən yaxşı korreksiya verən görmə itiliyi 0,2 idi.
EyeNet. August, 2022.
Tərcümə etdi: Dr. Pərvin Ağayeva