Buynuz qişa/Refraktiv cərrahiyyə – Sual 1

Rosa Y Kim, MD
Mark Lucarelli, MD
Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School

Şəkil 1
64 yaşlı qadın sağ gözündə görmənin dumanlanmasından şikayət edir.

Anamnez

Xəstənin sağ gözündə bədxassəli xoriodal melanoma mövcuddur.Bulanıq görmə ikincili olaraq meydana gəlmişdir.

Suallar və cavablar
1. Sizin diaqnoz nədir?
Cavab:

Diaqnoz-Okulodermal melanositoz (Ota nevusu).Bu xəstənin həmçinin yuxarı və aşağı göz qapaqlarında da pigment toplantıları mövcuddur.

2. Bu vəziyyətlə əlaqədar dəridə piqmentin paylanması hansı formada müşahidə edilir?
Cavab:

Bu zaman birtərəfli, nadir hallarda ikitərəfli qeyri bərabər bozumtul-mavi, qonur və ya qara rəngli ləkələr müşahidə edilir. Onlar periorbital, gicgah, alın və yanaq nahiyyəsini əhatə edirlər.

3. Bu xəstəliyə hansı irqdən olanlar daha çox meyllidirlər?
Cavab:

Adətən Asiyalı və Afro-Amerikan qadınlarda daha çox təsadüf edir.Anadangəlmə olur, bəzən isə həyatın ikinci on illiyinə qədər meydana gələ bilər.

4. Histopatoloji müayinədə hansı dəyişikliklər müşahidə ediləcək?
Cavab:

Histopatoloji olaraq kollagen düyünlər arasında yerləşmiş bipolyar dermal melanositlər şəklində görünür.Patogenezi məlum deyil. Adətən onu mavi nevus və monqol ləkəsi qrupuna məxsus patologiyalara aid edirlər.

5. Bu diaqnozla yanaşı nadir hallarda hansı okulyar dəyişikliklər müşahidə oluna bilər?
Cavab:

Həm okulyar, həm də okulodermal melanositoz əsasən damarlı qişa və/və ya kirpikli cisimdə yerləşən uveal maliqnant melanoma ilə birgə müşahidə oluna bilər. Əlavə olaraq okulodermal melanositoz ilə müşahidə olunan qlaukoma barədə də məlumatlar mövcuddur. Etiologiyası naməlum olsa da, göxdaxili mayenin axma yollarının melanositlərlə infiltrasiyası barədə fikirlər müzakirə olunur.

Cavablara bax