Neyrooftalmologiya – Sual 7

Howard Pomeranz, M.D., Ph.D | Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School, University of Maryland Medical Center
M.A. Afshari, M.D., M.P.H. | Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School

Tərcümə etdi: Dr. Nurlana Quliyeva
e-mail: dr.n.quliyeva@gmail.com

Şəkil 1. Sağ göz dibi.

Şəkil 2. Sol göz dibi.

Anamnez

56 yaşlı ağdərili kişi, son beş gündə sol gözünün görmə qabiliyyətinin üçdə bir hissəsində olan bulanıqlıqdan şikayətlənir. Xəstəlik tarixinə əsasən pasientə 3 il əvvəl ikitərəfli retinoşizis diaqnozu qoyulmuşdur. Bundan başqa xəstə 6 ildir ki, hipertoniyadan amlodipinlə müalicə olunur. Baş ağrısı, göz ağrısı və diplopiya kimi şikayətləri yoxdur. Görmə itiliyi hər iki gözdə 1.0 (v) dir. Rəng duyğusu normaldır. Sol tərəfdə afferent bəbək defekti var. Görmə sahəsində sol aşağı hündürlük qüsuru qeyd edilir. Optik sinirin vəziyyəti yuxarıdakı şəkildə göründüyü kimidir. EÇS 17 mm/saat, hematokrit 49,4% dir.

Suallar və cavablar
1. Diaqnoz nədir?
Cavab:

Yuxarıdakı birinci şəkildə sağ optik sinirin normal görünüşü mərkəzi çuxurda yüngül dərinləşmə ilə müşaiyət olunur. İkinci şəkildə sol optik sinirinin ödemi və sinir lifləri təbəqəsində həmçinin disk nahiyəsində alovşəkilli hemorragiyalar görünür. Oftalmoloji anamnez və müayinələr əsasında xəstəliyin diaqnozu qeyri-arterial mənşəli ön işemik optik neyropatiya kimi təsdiqləndi.

Cavablara bax