Ümumi oftalmologiya – Sual 2
Şəkil 1
Bu xəstə 10 gün əvvəl katarkata cərrahiyyəsinə məruz qalıb və bir müddət sonra görməsinin sürətlə zəifləməsindən, həmçinin orta dərəcəli ağrıdan şikayət edir.
Bu klinik mənzərəyə xarakterik diaqnoz postoperative bacterial endoftalmitdir. Əməlyyatdan sonrakı steril iltihab, implantasiya edilmiş linzanın materialına qarşı iltihab, uveitlər və endogen endoftalmitlər differensial diaqnostikada nəzərdən qaçırılmamalıdır.
Staphylococcus epidermidis əməliyyatdan sonrakı iltihabi ağırlaşmaların yaranmasına səbəb olan əsas mikroorqanizmlərdən olub, yarımkəskin gedişli endoftalmitlərin törədicisidir.Bu zaman endoftalmitlər zəif və ya orta dərəcəli ağrı ilə müşahidə olunur, görmə 0.05-dən yuxarı olur. Prosses əməliyyatdan sonrakı ilk iki həftə müddətində baş verir. Staphlyococcus aureus, Streptococcus species, və gram mənfi bakteriyalar daha aqressiv patogen xüsusiyyətlərə malikdirlər. Bu zaman baş verən endoftalmitlər zamanı güclü ağrı və daha sürətli gedişə malik iltihabla müşahidə edilir. Xəstələrin görməsi 0.05 və ya daha aşağı olur. Əgər endoftalmit əməliyyatdan iki həftədən çox vaxt keçdikdən sonra baş verərsə bu zaman S. epidermidis, Propionibacterium acnes, və göbələk infeksiyasından şübhələnmək lazımdır.
Əməliyyatdan əvvəl topikal antibiotiklərin istifadəsi və povidon-yodidin 5%-li məhlulunun konyunktival tağ nahiyyəsinə damızdırılması bakterial koloniyaların sayının azalmasına səbəb olur. Göz qapaqları və kirpiklərin xüsusi vasitələrlə səliqə ilə örtülməsi cərrahi əməliyyat sahəsinin bakteriyalarla çirklənməsinin qarşısını alır. Əməliyyatdan sonra antibiotiklərin subkonyunktival yeridilməsinin faydası sübut edilməyib.
Əgər bakterial infeksiyaya şübhə olarsa Gram üsulu ilə, göbələklərə şübhə olduqda isə yaxmanın təxirəsalınmadan Gimza üsulu ilə boyanması həyata keçirilməlidir. Yaxmadan alınan məlumatlar əsasında empirik müalicə başlanmalıdır. The aqueous and vitreous samples must also be sent for culture. Ön kamera mayesi və şüşəvari cisimdən götürülən nümunələrdən kultura əldə olunması məqsədi ilə onları qanlı aqar (aerob və anaerob infeksiya üçün), Saborra aqarı, və şokoladlı aqar kimi qidalı mühitlərə əkmək lazımdır. Əgər Propionibacterium acnes-ə şübhə olarsa, bu mikroorqanizmlərin koloniyaları ləng inkişaf etdiyinə görə nümunələri əkdikdən sonra 2 həftə müddətində gözləmək lazımdır.
Bəzi tədqiqatların nəticələrinə əsasən vitrektomiya olmadan geniş spektrli antibiotiklərin intravitreal və ya venadaxili yeridilməsi post-operativ endoftalmitlərin müalicəsi üçün qənaətbəxşdir. Vitrektomiya və venadaxili geniş spektrli antibiotiklərin yeridilməsi ağır dərəcəli post-operativ endoftalmitlərin müalicəsi üçün göstərişdir.