Orbita/Okuloplastika – Sual 5
Şəkil 1
Şəkil 1-2. Klinik təsviri və histologiyası.
Şəkil 2
Kontagioz molyusk.
Törəmələr çoxsaylı, günbəz şəkilli, dəri rəngində, adətən diametri 1-3 mm olan düyünlər şəklində müşahidə edilir. Düyünlərin mərkəzində göbək şəkilli çuxur qeyd edilir və içərisindən sarımtıl, pendirvari material ifraz olunur. Histoloji olaraq epidermisdə invaziv akantozun invaginasiya olunaraq armudvari paycıqların formalaşması qeyd edilir. Rənglənmiş akantolitik epidermis hüceyrələrinin sitoplazmasında viruslar replikasiya olunaraq, geniş, homogen, bənövşəyi rəngli, intrasitoplazmatik cisimciklər (molyusk cisimcikləri) şəklində görünür. Epidermisin dərin qatlarında bazal qata yaxın hissədə viruslar çox kiçik ölçülü, eozinofil, intrasitoplazmatik əlavələr şəklində görünür. Cisimciklər səthə yaxınlaşdıqca onlar ifrat dərəcədə böyüyərək, zədələnmiş hüceyrələrin ölçülərinə çatırlar. Epidermis qatında iri ölçülü eozinofil cisimciklər dəyişərək bazofil xüsusiyyət əldə edirlər.
Kontagioz molyusk iri ölçülü poksviruslar qrupuna daxil olan viruslar tərəfindən törədilir.
Əgər düyünlər kirpik kənarında yerləşərsə, o zaman konyunktiva kisəsi ilə kontakt nəticəsində xəstəlik follikulyar konyunktivitlərlə ağırlaşa bilər.
Viskot-Aldriç sindromu (atopik dermatit, trombositopenik purpura, normal meqakariositlər, lakin kiçikölçülü qüsurlu trombositlər və infeksion amillərə qarşı yüksək həssaslıq əlamətləri ilə təzahür edir) və qazanılmış immunçatışmazlıq sindromunda (QİÇS) rast gəlmək olar.
Xəstə dinamik müşahidədə olmalıdır. Düyünlərdən cərrahi eksiziya, krioterapiya və ya qaşıma yolu ilə azad olmaq olar.