Buynuz qişa/Refraktiv cərrahiyyə – Sual 8

Şəkil 1.
Şəkil 1-2. Eyni patololoji vəziyyətdən əziyyət çəkən 2 fərqli şəxsin göz almasının ön seqmentinin fotosu.

Şəkil 2.
Buynuz qişanın xəlbirvari (Lattice) distrofiyası.
Təkrarlanan epitelial eroziyalar, həyatın dördüncü dekadasından başlayaraq çapıq toxumasının əmələ gəlməsi və görmənin itirilməsi ilə nəticələnən vəziyyət.
Buynuz qişada nəzərə çarpan sinir və damar şəbəkələrinin əmələ gəlməsi xəlbirvari xətləri xatırlada bilər. Təkrarlanan eroziyalar HSV keratitinə bənzəyir.
Amiloid maddənin ön stromada toplanması. Buynuz qişanın xəlbirvari distrofiyası ayrıca və ya sistemik amiloid xəstəliyi ilə müştərək ola bilət. Buynuz qişa patalogiyası və sistemik amiloid birgə rast gəlinərsə, buna bəzi hallarda Meretoya variantı da deyilir.
Autosom dominant.
Xəlbirvari distrofiyanın erkən mərhələlərində müalicə təkrarlanan eroziv epizodların lubrikantlar vasitəsilə minimuma endirilməsinə yönləndirilir çünki, çapıqlar və nahamarlıqlar artdıqca görmə qabiliyyəti zəifləyir. Belə vəziyyətdə hava keçirən sərt kontakt linzalar da effektiv ola bilər. Görmə qabiliyyəti daha çox zəifləyərsə səthi keratoektomiya, eksimer fototerapevtik keratoektomiya və son olaraq penetran keratoplastika tələb oluna bilər.
Bəli, hətta buynuz qişa transplantasiyasından sonra pataloji vəziyyətin yenidən təkrarlanma halları müşahidə olunur.