Buynuz qişa/Refraktiv cərrahiyyə – Sual 2

Şəkil 1
43 yaşlı HİV pozitiv kişi sağ gözündə 4 ay müddətində meydana gəlmiş və böyüyən törəmədən şikayət edir.
Differensial diaqnostika:
- konyunktival melanoma,
- qabıqlanan hüceyrəli karsinoma,
- konyunktival nevus,
- birincili qazanılmış melanoz,
- xoşxassəli epitelial melanoz, nəzərə alin ki, siyahıda olan 2-4-də adı çəkilən törəmələr adətən yastı olur,
- uveal melanomanın ekstraskleral sirayət etməsi,
- və xüsusi olaraq HİV + olan xəstələrdə Kapoşi sarkoması
İlk olaraq göz damcılarının istifadə olunması barədə soruşmaq lazımdır. Tərkibində epinefrin və gümüş olan damcılar adenokarsinoma və argirozun meydana gəlməsinə səbəb olur ki, bu da piqmentli şişləri təqlid edir.Adrenal çatışmazlıq və oxronoz (nadir irsi xəstəlik olub alkaptanuriya, həmçinin qığırdaqlarda, bağlarda və vətərlərdə piqment depozitlərinin toplanması ilə xarakterizə olunur) kimi sistem xəstəliklər, və ya hamiləlik zamanı konyunktivanın piqmentasiyası arta bilər.
Konyunktival melanoma əvvəlcədən mövcud nevusdan və birincili qazanılmış melanozdan (BQM) inkişaf edə bilər. BQM zamanı bədxassəli melanomaya çevrilmə riski 50%-ə yaxındır. Hisatoloji müayinə zamanı epitelioid hüceyrələr müşahidə olunarsa, risk 70%, melanositlərin suprabazilyar yayılması müşahidə olunarsa 90%-ə yaxınlşır.
Konyunktival melanomanın ilkin müalicəsi onun cərrahi yolla eksiziyasıdır. Əlavə olaraq şişin əsasına və kənarlarına krioterapiya tətbiq olunur. BQM nahiyyəsindən inkişaf edən nodulyar melanomalar zamanı onun səthi sklerektomiya ilə tam eksiziyası həyata keçirilir və onun əsası, kənarları və ətraf konyunktiva krioterapiya ilə müalicə olunur. Biopsiya üçün material epibulbar, palpebral və tağ nahiyyələrini əhatə etməlidir.Yayılmış konyunktival törəmələr zamanı bir müalicə dövründə iki qvadratda həyata keçirilir. Krioterapiyanın həcmi xəstənin yaşı ilə tərs mütənasibdir. Əgər metastaz zamanı göz yuvası prossesə cəlb olunubsa, tək ekzentrasiya xəstəliyin qarşısını ala bilməz.
Proqnostik olaraq 1) karunkul, və ya tağ nahiyyəsinin cəlb olunması, 2) hisatoloji müayinə zamanı hüceyrələrin orta dərəcədən ağır dərəcəyə qədər atipiyası, 3) görmə sahəsində 5 mitotik bölünmə, 4) 1.5mm və artıq qalınlıq (metastatik yayılma ilə).