Orbita/Okuloplastika – Sual 4

Ramin Tayani, M.D., M.P.H.
Aaron Fay, MD
Peter A.D. Rubin, MD
Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School

Şəkil 1
Şəkil 1-2. Klinik təsviri və histologiyası.

Şəkil 2

Suallar və cavablar
1. Siz hansı diaqnozu qoyardınız?
Cavab:

Ksantelazma

2. Bu xəstəlik zamanı ən çox təsadüf edilən somatik patologiyalar hansıdır?
Cavab:

Ksantelazmadan əziyyət çəkən xəstələrin 2/3-də qanda lipidlərin miqdarı norma hüdudundadır. Ancaq essensial hiperlipidemiyası olan hər 5 nəfərindən birində ksantelazmaya rast gəlmək olar. Bundan əlavə ikincili hiperlipidemiyaya səbəb olan xəstəliklər (şəkərli diabet, birincili biliar sirroz və s.) zamanı da ksantelazmalar müşahidə olunur.

3. Xəstəliyin klinik və histoloji təzahürləri hansılardır?
Cavab:

Ksantelazmalar çoxsaylı, yumşaq, sarımtıl rəngli, yastı, adətən yuxarı və aşağı göz qapaqlarının içəri bucağında yerləşən törəmələrdir. Bu törəmələr ksantomaların bir növü olub, əsasən hüceyrədaxili piy əlavələrinin toplanması ilə xarakterizə olunurlar ( lipoqranuloma və xalazionlar zamanı piy huceyrəxarici boşluqlara toplanır). Histoloji müayinə zamanı tərkibində piy əlavələri olan “köpükşəkilli” hüceyrələr dermanın səthi qatlarında yerləşirlər. Hüceyrələr qan damarlarınının divarını salxım şəklində əhatə edərək, bəzi hallarda onları da cəlb edirlər.

4. Daha hansı xəstəliklərdə buna bənzər törəmələr müşahidə olunur?
Cavab:

Erdheim-Chester disease, which is an idiopathic, widespread, multifocal, granulomatous disorder characterized by cholesterol-containing foam cells infiltrating viscera and bones, including the Orbita, and sometimes bilateral xanthelasmas. Bəzi hallarda Erdheym-Çester xəstəliyi zamanı ikitərəfli ksantelazma müşahidə oluna bilər. Bu xəstəlik zamanı geniş sahəli, multifokal, daxili orqanları, həmçinin göz yuvası da daxil olmaqla sümükləri zədələyən xolesterol tərkibli köpükşəkilli hüceyrələrin infiltrasiyası ilə müşahidə olunan granulomatoz patoloji dəyişikliklər baş verir.

5. Bu törəmələr necə müalicə olunur?
Cavab:

Xəstələr dinamik müşahidə olunmalıdırlar. Ksatelazmanın cərrahi yolla götürmək, həmçinin karbon 2-oksid lazerlə və ya yerli trixloroaktik turşunun 100%-li məhlulu ilə törəməni əritmək olar.

Cavablara bax