Ümumi oftalmologiya – Sual 3

Yichieh Shiuey, MD
Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School

Şəkil 1
Bu xəstə bir neçə həftə ərzində inkişaf edərək artan fotofobiyadan şikayət edir.

Suallar və cavablar
1. Fotoşəkildəki klinik əlamətlərə əsasən sizin diaqnozunuz nədir?
Cavab:

Buynuz qişanın piyli presipitatları.

2. Differensial diaqnoz hansı xəstəliklərlə həyata keçirilməlidir?
Cavab:

Buynuz qişanın piyli presipitatları xroniki qranulomatoz prosseslər zamanı təsadüf edilir. Differensial diaqnoz sarkoidoz, sifilis və vərəmlə aparılmalıdır. Cüzam, brüselloz, koksidomikoz kimi digər xronik və az təsadüf edilən infeksiyalar da buynuz qişanın piyli presipitatlarının yaranmasına səbəb olur.

3. Gördüyünüz klinik şəkilə əsasən qüzehli qişada hansı dəyişikliklər baş verə bilər?
Cavab:

Xroniki ön qranulomatoz uveitlər zamanı qüzehli qişada Koppe düyünləri ( bəbək kənarında iltihabi düyünlər) və Busakka düyünləri  (qüzehli qişanın ön səthində iltihabi düyünlər) şəklində dəyişikliklər müşahidə edilir. Həmçinin ön və arxa sinexiyalar baş verə bilər.

4. Anamnezin toplanmasında xəstəyə hansı suallar verilməlidir?
Cavab:

Xəstənin vərəm və ya sifilisdən əziyyət çəkməsi araşdırılmalıdır. Həm sorkoidoz, həm də  vərəm zamanı  ağciyər simptomları müşahidə edildiyindən bu xəstəliklər differensasiya edilməlidir. Həmçinin, qizdima, çəki itkisi və halsızlıq simptomlarının mövcudluğu barədə suallar verilməlidir.

5. Diaqnozun dəqiqləşdirilməsi üçün hansı testlər həyata keçirilməlidir?
Cavab:

EÇS və bir sıra seroloji reaksiyalar.Döş qəfəsinin rentgen müayinəsi.Baxmayaraq ki,  HLA-B27 ilə əlaqəli  uveitlər daha çox qeyri qranulomatoz prosseslərdir onun təyini nəzərdən keçirilməlidir.

Cavablara bax