Ümumi oftalmologiya – Sual 8

Yichieh Shiuey, MD | Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School

Tərcümə etdi: Dr. Firəngiz İbrahimova
e-mail: fibrahimova511@gmail.com

Şəkil 1.

Bu görüntüyə  sağ gözündə  yaşaxma və qızarmadan şikayət edən xəstənin aşağı tarzal konyunktivasında rast gəlinib.

Suallar və cavablar
1. Konyunktival membran ilə konyunktival psevdomembranı klinik olaraq necə fərqləndirmək olar?
Cavab:

Əsl membranı konyunktivadan aralamaq çətindir və qanaxmaya səbəb olur, psevdomembranın çıxarılması isə asandır və qanaxmaya səbəb olmur.

2. Konyunktival membranın diferensiasiyasında hansı xəstəliklər nəzərə alınmalıdır?
Cavab:

Bakterial o cümlədən streptokok, pnevmokok və difteriya korinobakteriyası konyunktivitləri, liqnoz (Ligneous) konyunktivit, kimyəvi yanıqlar, nadir hallarda adenovirus və ya herpes simplex viruslu konyunktivitlər.

3. Konyunktival psevdomembrana rast gəlinərsə, hansı xəstəliklər düşünülməlidir?
Cavab:

Həqiqi membranların yaranmasına səbəb olan bütün xəstəliklər; gözün pemfiqoid çapıqlaşması, Stivens – Conson sindromu, yuxarı  limbal  keratokonyunktivit, yeni doğulmuşların qonokok və xlamidiya infeksiyası.

4. Şəkildəki hal üçün ən çox rast gəlinən etiologiya hansıdır?
Cavab:

Adenovirus (Epidemik keratokonyunktivit).

5. Yuxarıdakı halı necə müalicə edərdiniz?
Cavab:

Membranın/psevdomembranın əsas səbəbini müəyyənləşdirin və əsas xəstəliyi müalicə edin. Adenovirus infeksiyası zamanı iltihablı membranın çıxarılması və yerli steroidlərin tətbiqi simblefaronun meydana gəlməsinin qarşısını ala bilər.

Cavablara bax