Tor qişa/Uveitlər – Sual 7

Scott Burk, MD/PhD | Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School

Tərcümə etdi: Dr. Firəngiz İbrahimova
e-mail: fibrahimova511@gmail.com

Şəkil 1.

Bu patologiya müayinə zamanı təsadüfən aşkar edilmişdir.

Suallar və cavablar
1. Bu vəziyyətlə bağlı diaqnozunuz necədir?
Cavab:

Leber miliar anevrizması.

2. Bu xəstəliyin hansı məxsusi əlamətlərinə görə bu diaqnozu qoydunuz?
Cavab:

Üst temporal kvadrantda retina damarlarının teleangiektaziyası, kiçik anevrizma kimi nəzərəçarpan anomaliyaları var və ətrafı sarı subretinal ekssudat ilə əhatə olunmuşdur. Həmçinin, nəzərəçarpan damar örtüyü qeyd edilir. Flüoressein angioqramması erkən və daimi maye axması, həmçinin kapilyarlardan sızma  göstərir. Bundan əlavə, makulada gec hiperfluoressensiya var ki, bu da, klinik olaraq müşahidə edilən parafoveal teleangiektaziyaya uyğun gəlir.

3. Bu xəstəliyin təbii gedişi necədir?
Cavab:

Leberin miliar anevrizması Coats xəstəliyinin erkən formasıdır və zamanla ağırlaşa bilər.

4. Bu xəstəliyə irqi/etnik meyllik varmı?
Cavab:

Heç bir irqi/etnik meyllik yoxdur.

5. Görməsi 1.0 (v) olan bu xəstəyə hansı müalicəni tövsiyə edərdiniz?
Cavab:

Konservativ müşahidə yəqin ki, hazırda ən yaxşı yanaşmadır. Makulaya təhlükə yaradan eksudat  və torlu qişanın erkən aralanması fotokoaqulyasiya ilə müalicə edilə bilər. Böyük eksudativ qopmaları lazer və ya krioterapiya ilə drenaj etmək lazımdır.

Cavablara bax