Neyrooftalmologiya – Sual 3

Scott Burk, MD/PhD
Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School

Şəkil 1
Şəkil 1-2. Göz dibinin təsviri 19 yaşlı tosqun, baş ağrılarından şikayət edən qadına məxsusdur.

Şəkil 2

Suallar və cavablar
1. Şəkildə gördüyünüz göz dibinin təsvirinə əsasən hansı diaqnozu qoyardınız?
Cavab:

GSM-nin ikitərəfli ödemi.

2. Bu vəziyyətin əsas səbəbi nədir?
Cavab:

Artan kəllədaxili təzyiq

3. Görmə sahəsini müayinə etsəniz nə aşkar edəcəksiniz?
Cavab:

Hər iki gözdə GSM-nin ödeminə uyğun kor ləkənin genişlənməsi. Görmə sahəsində digər defektlər, xüsusilə də aşağı nazal kvadrantda defect müşahidə edilir.

4. Əlavə olaraq hansı müayinələri və nə məqsədlə tövsiyyə edərdiniz?
Cavab:

Artmış kəllədaxili təzyiqin səbəbini, xüsusən şişin mövcudluğunu təyin etmək məqsədi ilə beyinin MRT və ya KT  müayinəsi həyata keçirilməlidir.

5. Müayinələrin nəticələri norma hüdudunda olarsa, daha hansı müayinələri və nə məqsədlə tövsiyyə edərdiniz?
Cavab:

Beyin onurğa beyin mayesinin tərkibini və təzyiqini təyin etmək məqsədi ilə lumbal punksiya tövsiyyə edilməlidir. Bu xəstədə beyin onurğa beyin mayesinin tərkibinin göstəriciləri norma hüdudunda, təzyiqi isə 450 mm su sütununa bərabərdir.

6. İlkin müayinələrin nəticələrinə asasən hansı diaqnozu qoya bilərsiniz?
Cavab:

Psevdotumor cerebri.

7. Bu xəstəni necə müalicə edərdiniz?
Cavab:

Müalicə xəstəni arıqlatmaqla və görmə sahəsinin dəqiq müayinəsi ilə başlanmalıdır. Beyin onurğa beyin mayesinin ifrazını azaltmaq və kəllədaxili təzyiqi aşağı salmaq məqsədi ilə oral acetazolamid (diakarb) təyin edilməlidir.

8. Əgər tam həcmli medikamentoz müalicədən sonra effect əldə olunmazsa, görmə sahəsinin və görmə itiliyinin proqressiv pisləşməsi baş verərsə, siz nə edərdiniz?
Cavab:

Daha çox zədələnmiş gözdə görmə sinirinin qişasının fenestrasiyası həyata keçirilməlidir. Bu prosedur digər gözdə də ödemin azalmasına yardım edəcək.

Cavablara bax