Qlaukoma – Sual 8

Lini Bhatia, M.D. | MEEI
Teresa Chen M.D. | MEEI

Tərcümə etdi: Dr. Nurlana Quliyeva
e-mail: dr.n.quliyeva@gmail.com

Şəkil 1. Fakomorfik qlaukoma

Şəkil 2 a. Fakomorfik qlaukoma

Şəkil 2 b. Həmin göz katarakta əməliyyatından sonra

Şəkil 3. Fakolitik qlaukoma

Şəkil 4. Büllur hissələrindən yaranan qlaukoma

Şəkil 5. Büllurun yerdəyişməsi.

Anamnez

72 yaşlı qadın sol gözündə ağrı, qızartı və bulanıq görmə şikayətləri müraciət edib (Şəkil 1). Digər gözündə isə ancaq yetişməmiş katarakta müşahidə olunur.

Suallar və cavablar
1. Ehtimal etdiyiniz diaqnoz nədir?
Cavab:

Fakomorfik qlaukoma.

2. Bu halı birincili qapalıbucaqlı qlaukomadan nə ilə fərqləndirmək olar?
Cavab:

Fakomorfik qlaukoma şişmiş, qabarıq büllurun bəbək bloku yaratması nəticəsində əmələ gəlir. Buna uyğun olaraq ön kamera xeyli dayazlaşır. Daha gecikmiş mərhələlərdə şişmiş büllurun qüzehli qişanın periferik hissələrini önə itələməsi nəticəsində ön bucağın tam qapanması baş verir. Fakomorfik qlaukoma adətən birtərəfli olur. Digər gözdə ön kamera dərinliyi normal olur. Bundan başqa digər göz birincili qapalıbucaqlı qlaukomadakı kimi hipermetroplaşmır. Fakomorfik qlaukoma üçün həlledici müalicə katarakta əməliyyatıdır. Kəskin birincili qapalıbucaqlı qlaukoma üçün əsas göstəriş periferik iridotomiyadır.

3. Bu vəziyyətdə hansı dərman müalicəsi təyin edilə bilər?
Cavab:

Belə vəziyyətdə dərman müalicəsi iltihabın azaldılması və gözdaxili təzyiqin endirilməsinə yönəldilməlidir. Katarakta əməliyyatından öncə iltihabı azaltmaq məqsədilə topikal steroidlərin uzunmüddətli istifadəsinə imkan yaratmaq üçün lazerlə periferik iridotomiya edərək göz təzyiqini endirmək olar. Son etap müalicə yenə də katarakta əməliyyatıdır. (Şəkil 2 a, 2 b) Trabekuloektomiyaya isə adətən ehtiyac olmur.

4. Fakolitik qlaukoma nədir?
Cavab:

Yetişmiş və ifrat yetişmiş katarakta zamanı, büllur proteinlərinin yüksək molekulyar çəkisi səbəbindən tamlığı pozulmamış kapsuldan sızması trabekulyar şəbəkənin tıxanıqlığına gətirib çıxarır. Simptomları ağrı, qızartı və görmənin zəifləməsidir. Əlamətləri gözdaxili təzyiqin artması, korneal ödem, sulunəmdə görünən parıltılı hüceyrələr, büllurun ön kapsulunda makrofaq aqreqatları və bəzən psevdohipopiondur. Fakomorfik qlaukomadan fərqli olaraq qonioskopik baxışda ön kamera bucağının açıq, dərinliyinin isə normal olduğu görülür. Şəkil 3.

5. Büllur hissəciklərinin törətdiyi qlaukoma nədir?
Cavab:

Bu patalogiya büllurun penetrasiya ilə nəticələnən kəskin travmadan ya da katarakta əməliyyatından sonra büllur qalıqlarının tam təmizlənməməsi nəticəsində ola bilər. Büllur hissəcikləri və ya kortikal qalıqlar iltihab hüceyrələri ilə birgə axına mane olaraq gözdaxili təzyiqin yüksəlməsinə səbəb olur. Əgər dərman müalicəsi (qlaukoma əleyhinə preparatlar, sikloplegiklər və steroidlər) kömək etməzsə büllur qalıqları cərrahi üsulla kənarlaşdırılmalıdır. Şəkil 4.

6. Fakoantigenik qlaukoma nədir?
Cavab:

Bu növ qlaukomaya adətən büllur kapsulundan sızmış proteinlərin törətdiyi rezistent uveit səbəb olur. Xəstələr öz büllurunun zülalına qarşı həssaslaşır və nəticədə yaranan uveit əvvəlcə GDT aşağı düşməsinə səbəb ola bilər. Daha az hallarda iltihablı çöküntülər trabekulyar şəbəkəni bağlaya və GDT-i artıra bilər. Sonrakı mərhələlərdə periferik ön sinexiya və qlaukoma ilə birgə müşahidə edilə bilər. Travma və ya  kataraktanın ekstrakapsulyar ekstraksiyası (ECCE) qıcıqlandırıcı faktor ola bilər. Patoloji vəziyyət zonal qranulomatoz iltihabı göstərir. Müalicə iltihabın və GDT-in azaldılmasına yönəlib. Radiakal müalicə üsulu bütün qalıq büllur materialının çıxarılmasıdır.

 

7. Büllur yerdəyişməsindən yaranan qlaukoma nədir?
Cavab:

Yerini dəyişmiş büllur mexaniki obstruksiya yaradaraq ön kamera mayesinin bəbəkdən keçməsinə mane olur, nəticədə bəbək bloku və ikincili qapalıbucaqlı qlaukoma yaranır. Büllur yerdəyişməsi travma, anadangəlmə anomaliya (məsələn Marfan sindromu) şəkil 5, homosistinuriya, Hell-Marçezani sindromu və başqa səbəblərdən baş verə bilər.

Cavablara bax