Histopatologiya – Sual 9

Aaron Fay, MD | Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School
Peter A.D. Rubin, MD | Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School

Şəkil 1.

Şəkil 1-2. Kliniki şəkli və patohistoloji təsviri.

Şəkil 2.

Suallar və cavablar
1. Bu patoloji vəziyyətin klinik görünüşünü təsvir edin.
Cavab:

Klinik fotoşəkildə sərhədləri aydın, ölçüsü 8 mm, yüngül piqmentli, sağ medial kantal nahiyyədə düyün müşahidə edilir. Düyün mirvari teksturalıdır və səthində incə teleangiektaziyalarla mərkəzləşmiş göbək şəkilli çuxurcuq qeyd edilir. Ödem, eritema, xora, nekroz, qanaxma və ya yanaşı konyunktivit yoxdur.

2. Törəmənin histoloji xüsusiyyətlərini təsvir edin.
Cavab:

Nümunə dərinin altındakı keratinləşdirici qabıqlanan epiteldən ibarətdir. Stromaya invaziya epiteldən əmələ gələn vahid, ardıcıl və dərin bazofil hüceyrələrin yaxşı məhdudlaşdırılmış toplusudur. Törəmənin periferiyasındakı hüceyrələr hasar şəkilli formada düzülmüşdür, bu ‘periferik palisading’ kimi tanınan bir quruluşdur. Şiş və ətraf toxumalar arasında süni yarıq müşahidə edilir.

3. Diferensial diaqnostikada hansı vəziyyətlər qeyd edilə bilər?
Cavab:

– dermal nevus
– hemangioma
– epidermal inklüzion kista
– qabıqlanan hüceyrəli karsinoma
– bazal hüceyrəli karsinoma.

4. Diaqnoz nədir?
Cavab:

Bazal hüceyrəli karsinoma, düyünlü növ.

5. Bu vəziyyət barədə nə deyə bilərsiz?
Cavab:

Bazal hüceyrəli karsinoma (BHK) ən çox rast gəlinən dəri xərçəngidir və göz qapağı dəri xərçənglərinin 90%-ni təşkil edir. Yaş artdıqca rast gəlmə tezliyi artır. Açıq dərili insanlar daha yüksək risk altındadır. Bu xəstəlik dərisi tünd piqmentli insanlar arasında faktiki olaraq rast gəlmir. Aktinik təsir radiasiyaya məruz qalma, kseroderma piqmentozum və nevoid bazal hüceyrəli karsinoma sindromu (autosomal dominant) kimi hallar yüksək risk qrupu yaradır.
Ən çox rast gəlinən periokulyar yer alt göz qapağıdır, sonra medial kantus, yuxarı göz qapağı və lateral kantusdur. BHK-nın ən geniş yayılmış növü düyünlü formasıdır; digər klinik variantlara kistik, nekrotik, sklerozlaşan və piqmentli formalar daxildir. Metastaz nadir olsa da, yerli invaziya (xüsusilə təkrarlanan hallarda) aqressiv və dağıdıcı ola bilər. Medial kantal və ya lateral kantal törəmələr orbital invaziyaya meyllidir və kəsilməzdən əvvəl rentgenoqrafiya tələb oluna bilər.

6. Seçim müalicəsi nədir?
Cavab:

Seçim müalicə tam cərrahi rezeksiyadır. Bu, ilkin vəziyyətlərdə ənənəvi eksiziya üsulları ilə həyata keçirilə bilər. Dondurulmuş hissəciklərin kəsiklərinə histoloji nəzarət adətən səthi düyünlü törəmələrdə tətbiq edilmir, çünki törəmənin histoloji kənarlar onun klinik həddi ilə yüksək səviyyədə korrelyasiya olunur. Mohs mikroqrafik cərrahiyyə metodu zəif müəyyən edilən törəmələr (yəni sklerozlaşdırıcı variant) və ya anatomik səthlərin pozğunluğu təkrarlanan törəmələr, xüsusən də orbital invaziya potensialının daha çox olduğu medial/lateral kantal zədələnmələr zamanı seçim üsulu ola bilər.

Cavablara bax