Tor qişa/Uveitlər – Sual 2

Scott Burk, MD/PhD
Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School

Şəkil 1
Şəkillər 1-2. 39 yaşlı alkoqolik qadının sağ və sol göz dibinin təvirləridir. O, xəstəxanaya daxil olarkən qarın nahiyyəsindəki ağrılardan və mərkəzi görmənin yaxınlığında kor ləkələrdən şikayət edirdi. Xəstəxanada xəstəyə pankreatit diaqnozu qoyulmuş və müayinə zamanı hər iki göz dibində pambıq topaları şəkilli ləkələr müşahidə olunmuşdur.

Şəkil 2

Suallar və cavablar
1. Siz hansı diaqnozu qoyardınız?
Cavab:

Qeyri travmatik Partşer retinopatiyası.

2. Bu vəziyyətin digər səbəbləri hansılardır?
Cavab:

Ortman Partşer 1910-cu ildə baş nahiyyəsindən travma alan xəstədə travmatik retinal angiopatiyanı təsvir etmişdir. Göz dibinin müayinəsi zamanı intraretinal hemorragiya ilə və ya hemorragiyasız çoxsaylı pambıq topaları şəklində ləkələr döş qəfəsinin sıxılmış travmaları, uzun borulu sümüklərin sınığı nəticəsində yağ emboliyası, amniotik maye emboliyası və sistem qurd eşənəyi və sklerodermiya kimi bir çox vəziyyətlərdə müşahidə oluna bilər.

3. Bu vəziyyət zamanı flüuressein angioqrafiyada hansı dəyişikliklər müşahidə olnur?
Cavab:

Flüoressein angioqramma zamanı qeyri perfusion kapilyar sahələri, eləcə də damarların boyanması və sızması müşahidə edilir.

4. Bu vəziyyətin patofizioligiyası barədə nə deyə bilərsiniz?
Cavab:

Partşer retinopatiyası tor qişanın vazo-okkluziv angiopatiyalarına aid olub yaranma mexanizmi tam aydın deyil. Bəzi nəzəriyyələrə əsasən bu zaman tor qişanın  preterminal arteriollarında piy, hava, bəzən hətta leykositar emboliya müşahidə oluna bilər. Məlumdur ki, travmalar, pankreatitlər və birləşdirici toxumanın sistem xəstəlikləri zamanı komplementin aktivləşməsi və komplementlə əlaqədar leykositlərin aqreqasiyası baş verir.

5. Bu xəstəni necə müalicə edərdiniz?
Cavab:

Xəstələrin müalicəsi onların müşahidəsindən və simptomatik müalicəsindən ibarətdir. Görmənin zədələnmə səviyyəsi  xəstəliyin ağırlıq dərəcəsi və nekrozlaşmış sinir liflərinin  nahiyyəsindən asılıdır.

Cavablara bax