Orbita/Okuloplastika – Sual 1
Şəkil 1
Şəkil 1-2 sol gözündə ağrı ilə müşayət olunmayan, proqressivləşən ekzoftalmiyadan əziyyət çəkən xəstənin göz yuvalarının KT təsvirləridir
Şəkil 2
Tiroid oftalmopatiya. Bu xəstəlik bir və ikitərəfli ekzoftalmın əsas səbəblərindəndir. Ağrının olmaması və vətər hissələri cəlb olunmadan əzələlərin genişlənməsi tiroid oftalmopatiyanın tipik əlamətlərindəndir.
Qalxanvari vəzinin xəstəlikləri ekstraokulyar əzələlərin genişlənməsinin əsas səbəblərindəndir. Adətən, göz yuvalarında assimmetriyanın fərqi bu xəstədə olduğu kimi aydın nəzərə çarpmır. İltihabi orbital psevdotumor zamanı ekstraokulyar əzələlərin böyüməsi və genişlənməsi ilə yanaşı tiroid oftalmopatiyadan fərqli olaraq vətərlər də prossesə cəlb olunur. Nadir hallarda neoplastik törəmələr zamanı əzələlərin infiltrasiyası baş verə bilər. Amiloidoz zamanı da ekstraokulyar əzələlərin genişlənməsi müşahidə edilə bilər.
Ekstraokulyar əzələlər zədələnərkən aşağıdakı ardıcıllıqla prossesə cəlb olunurlar: aşağı, içəri, yuxarı və bayır düz əzələ.
Əzələlərin genişlənməsi ilə əlaqədar olaraq kompressiv optik neyropatiyanı və buynuz qişanın açıq qalması ilə əlaqədar xoralanması və perforasiyasını misal göstərçək olar.
Müalicə xəstəliyin ağırlıq dərəcəsindən asılıdır. Əgər xəstəlik yüngül dərəcəli olarsa, o zaman gözə yerli yağlayıcı damcıların damızdırılmasını və yatarkən gözə sarğı qoymağı tövsıyyə edirlər. Əgər xəstəlik kəskin iltihabi fazada olarsa, sistem kortikosteroidlərdən və ya immunosupressiv vasitələrdən istifadə edilməlidir. Göz qapaqlarının dartılması baş verərsə, qapaq cərrahiyyəsi həyata keçirilməlidir. Kompressiv optik neyropatiya üçün orbital dekompressiv cərrahi əməliyyatlar yerinə yetirilməlidir. Ənənəvi olaraq bu prosedur göz yuvasının döşəməsi boyunca onun içəri divarının götürülməsi ilə həyata keçirilir. Bəzi mütəxəssislər göz yuvasının aşağı divarına toxunmadan onun içəri və bayır divarlarının götürülməsini tövsiyyə edirlər. İçəri və bayır divarların kombinə olunmuş şəkildə dekompressiyası adətən uğurlu cərrahi nəticənin əldə olunmasına yardım edir. İçəri divarın dekompressiyası endoskopik metodların köməyi ilə həyata keçirilə bilər. Göz yuvasının aşağı divarının dekompressiyasının çatışmazlığı əldə ediləcək nəticənin qabaqcadan necə olacağının təyininin mümkünsüzlüyüdür. Beləki, əməliyyat zamanı əng sümüyünün Haymor cibinə həddən artıq sirayət olunarsa, enoftalm əmələ gələ bilər.