Neyrooftalmologiya – Sual 8
Şəkil 1.
Şəkil 2.
Şəkil 1 və 2-də neyrooftalmoloji göz müayinəsinə gələn pasientdə aparılan Humfrey görmə sahəsi testinin nəticələri göstərilmişdir.
Bu şəkillərdə şaquli orta xəttə qədər bitemporal görmə sahəsi qüsuru görünür.
Belə görmə sahəsi qüsurunun ən çox ehtimal olunan səbəbi türk yəhərindəki xiazmal kütlə kimi tanınan hipofizin adenomasıdır.
Qeyri-xiazmal psevdo bitemporal sahə qüsurlarının səbəbləri arasında əyilmiş optik disklər, sektoral piqment retiniti , sekosentral skotomalar, optik sinir diskinin ödemi, optik sinir başının druzlari, göz qapaqlarının sallanması, xlorokin kimi dərmanlar, ikitərəfli retinal qopmalar və isteriya ola bilər.
Təkanvari nistaqm (See-saw nystagmus). Bu, gözlərin saat əqrəbi və ya saat əqrəbinin əksi istiqamətində fırlanması ilə müştərəkləşən nistagm olub, dəqiqədə 150-dən 300-ə kimi dövrə vura bilir. Gözlərin aşağı doğru baxırmış kimi görünərək yuxarı qalxması və məcburi təkanvari əsmələrlə enməsi müşahidə olunur.