Buynuz qişa/Refraktiv cərrahiyyə – Sual 3

Şəkil 1a
Şəkillər-1a-1b. 39 yaşlı kişi gözündəki ağır dərəcəli dözülməz ağrılardan şikayət edir.

Şəkil 1b
Herpes simplex keratiti. Budaqvari zədələnmə ilə müşahidə olunan terminal qovuqcuqlar HSV keratiti üçün xarakterikdir.
1) Herpes zoster, ancaq HZV budaqvari zədələnmsəi terminal qovuqcuqlarla müşahidə edilmir. 2) sağalan eroziyanın psevdo-dendritlər şəklində görünməsi. 3) Həmçinin bəzi kontakt linza istifdəçilərində psevdo-dendritlərin görünməsi.
HSV keratiti müxtəlif formalarda təzahür edə bilər.Əgər buynuz qişada klassik görüntü müşahidə olunarsa, əlavə müayinəyə ehtiyac olmadan klinik əlamətlər əsasında diaqnoz qoyulur. Ancaq buynuz qişadakı dəyişikliklər atipik olarsa, o zaman, Tzank yaxması, virus kulturası və ya polimeraz zəncirvari reaksiyalar həyata keçirilməlidir.
Trifluorothymidine 1%-li məhlulu (Viroptic) gündə 9 dəfə. Alternativ olarq, 3%-li vidarabin məlhəmi (Vira A) gündə 5 dəfə istifadə oluna bilər. Terapevtik effekti qiymətləndirmək üçün xəstələr 48 saatdan sonra təkrar müayinə olunmalıdırlar. Növbəti müayinələr müalicənin gedişindən asılıdır.
- Buynuz qışanın hissiyyatının aşağı düşməsi nəticəsində Neyrotrofik xora.
- HSV buynuz qişanın stromasının zədələnməsi ilə müşahidə olunan diskvari keratit və ya nekrozlaşan interstisial keratit.
- HSV ilə buynuz qişanın zədələnməsi olmadan belə ön uveitlər.
- HSV həmçinin nadir hallarda retinitlərə səbəb ola bilər.