Orbita/Okuloplastika – Sual 8

Raymond Wee, MD | Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School
Aaron Fay, MD | Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School

Tərcümə etdi: Dr. Firəngiz İbrahimova
e-mail: fibrahimova511@gmail.com

Şəkil 1. 

Anamnez

5 yaşlı oğlan bir aylığından bəri sol gözündən yaşaxmadan şikayət edir. Bu fotoşəkil hər gözə flüoressein məhlulu damızdırıldıqdan beş dəqiqə sonra çəkilib.

Suallar və cavablar
1. Ehtimal olunan diaqnoz hansıdır?
Cavab:

Bu uşaqda sol gözdə anadangəlmə  gözyaşı – burun kanalının keçməzliyi var. Keçməzlik aşağı burun keçəcəyində deşilməmiş  qapaqdır (Hasner).

2. Diaqnoz necə təsdiqlənir?
Cavab:

Tibbi müayinədə göz yaşı gölünün asimmetrik olmasına, kirpiklərin birtərəfli yapışmasına, gözyaşı kisəsi nahiyyəsini barmaqla sıxdıqda selikli ifrazatın xaric olmasına və boyanın yox olma sınağına (şəkildə göstərilmişdir) diqqət edilməlidir.
Valideynlər adətən birtərəfli yaşaxma, yuxudan oyananda ifrazat axıntısı və ya göz qapaqlarının  bir-birinə yapışmasını qeyd edirlər. Ümumi anesteziya altında aparılan daha invaziv üsullarla diaqnoz təstiq oluna bilər.

3. Anadangəlmə keçməzliyin differensial diaqnostikası hansı xəstəliklərlə aparılmalıdır?
Cavab:

Qlaukoma, epiblefaron, gözyaşı-burun kanalının , gözyaşı nöqtəsinin , kanalcığın,  burun balıqqulaqlarının  obstruksiyası ilə müqayisə olunmalıdır. Dakriosele də nəzərə alınmalıdır, çünki gözyaşı-burun kanalının distal hissəsinin genişlənməsi tənəffüs çatışmazlığını artıra bilər.

4. Bu xəstə necə müalicə edilməlidir?
Cavab:

Anadangəlmə gözyaşı-burun kanalı keçməzliyinin 90%-dən çoxu bir yaşa qədər öz-özünə açılır. Əgər uşaqda öz-özünə açılma yoxdursa, gözyaşı-burun kanalının zondlanması 90%-dən çox hallarda müvəffəqiyyətlə həyata keçirilə bilər. Zondlamanın uyğun vaxtı hələ ki, dəqiq deyil. Əksər klinisistlər 1 yaşında etməyi  məsləhət görürlər. Bununla belə, 1 yaşdan yuxarı  uşaqlarda da müvəffəqiyyətli nəticə əldə edilmişdir. Zondlamadan sonra yaşaxma davam edərsə, çox vaxt göz yaşı sisteminin intubasiyası həyata keçirilir (üsulun faydası dəqiq müəyyən edilməmişdir).

Cavablara bax