Buynuz qişa/Refraktiv cərrahiyyə – Sual 13
Şəkil 1.
Şəkil 1- 3 gözün ön seqmentinin müxtəlif şəxslərdə olan fotosudur.
Şəkil 2.
Şəkil 3.
Band (lentvari) keratopatiya.
Kalsiumun (hidroksiapatitin) epitelial mermbranda, Bouman qatında və səthi stromada çökərək, toplanmasıdır. Ümumiyyətlə, kalsiumun çökməsinə səbəb olan amillər gözyaşı təbəqəsində kalsiumun və fosforun konsentrasiyası, onların həllolma qabiliyyəti, həmçinin pH ilə əlaqəlidir.
1. uveit, interstisial keratit və göz almasının subatrofiyası kimi xroniki göz xəstəlikləri;
2. hər hansı səbəbdən hiperkalsemiya;
3. hiperfosfatemiya;
4. irsi lentvari (band) keratopatiya;
5. toksik və civə buxarları;
6. afakik gözlərdə silikon yağı.
Xəstəlik adətən palpebral limbdən incə, ağ dənəvərliklər şəklində başlayır və tədricən buynuz qişanın səthinə yayılır.
Kalsium çöküntüləri adətən kalsiumun EDTA ilə xelatlaşdırılması ilə və ya olmadan səthi keratektomiya ilə çıxarıla bilər. Eksimer fototerapevtik keratektomiya da müalicə üçün yaxşı seçimdir. Əsas səbəbi müalicə etmək əlbəttə ki, daha faydalıdır.