Orbita/Okuloplastika – Sual 7
Son 8 ayda sol gözündə yavaş-yavaş artan ekzoftalm şikayəti olan 48 yaşlı qadının göz yuvasının KT təsviri.
Cərrahi nümunə.
48 yaşlı qadın sol gözündə bir neçə aydır yavaş-yavaş artan, ağrısız ekzoftalm və bulanıq görmədən şikayət edir. Onun yanaşı xəstəliyi yoxdur. Müayinə zamanı sol gözdə xoroidal qırışlar diqqəti cəlb etdi.
Törəmə – orta yaşlı qadında göz yuvası daxilində aydın seçilən, girdə kütlədir. Çox güman ki, kavernoz hemangiomadır. Bu yaşlılarda ən çox rast gəlinən orbital şişlərdəndir. Fibroz histiositoma, şvannoma, limfoma və venoz malformasiyadan da şübhələnmək olar. Metastaz verən xəstəliklər, xüsusən də süd vəzisi xərçəngi nəzərə alına bilər, lakin xəstənin yaşı və sağlamlıq vəziyyəti bu ehtimalı azaldır.
Damar malformasiyasına qansızmanı təsdiqləmək üçün ağrılar olduğunu soruşmaq lazımdır. Göz yuvasında nəbz vurğusu hissiyatının olması arterio-venoz malformasiya və ya fistuladan xəbər verir. Diplopiya və amavroz tutmalarının olması orbitadakı şışın ekstraokulyar əzələlərə və görmə sinirinə sıxıcı təsirinin göstəricisidir. Görmə funksiyalarının törəmə tərəfindən pozulduğunu tam şəkildə müəyyən etmək çox vacibdir, çünki buna əsasən nə etmək haqqında qərar veriləcəkdir. Görmə itiliyinə, rəngli görmə qabiliyyətinə, göz almasının hərəkətlərinə, görmə sahəsinə və ekzoftalmometriyaya diqqət yetirilməlidir.
Yüksək dəqiqlikli, çox görüntülü, intravenoz kontrastlı kompyuter tomoqrafiyası adətən bu cür nahiyyələrin ən yaxşı təsvirini verir. Şişin tərkibinin və sinirlərin vəziyyətinin qiymətləndirilməsi üçün maqnit rezonans tomoqrafiyadan istifadə oluna bilər. Gözdaxili şişin orbitaya yayılması ilə bağlı sual yaranarsa, B-skan ultrasəs müayinəsi faydalı ola bilər, lakin adətən buna ehtiyac olmur. Rəngli doppler ultrasəslə zədə nahiyyəsinin qan dövranını yoxlamaq olar. Görmə sahəsinin mütəmadi yoxlanılması prosesin klinik gedişatını izləməyə kömək edəcək.
Orbital kavernoz hemangiomanın ən çox görülən klinik əlaməti yavaş-yavaş artan ağrısız ekzoftalmdır. Həmçinin, xəstələrdə hipermetropik refraksiyanın yaranması və çəpgözlük də qeyd edilə bilər. Törəmə göz almasını sıxarsa, arxa seqment müayinəsi tor qişanın zolaqlarını, xorioideyanın qırışlarını aşkar edə bilər. Sıxılma həmçinin göz daxili təzyiqin artmasına səbəb ola bilər. Görmə sinirinin sıxılması disxromatopsiyaya, baxış istiqamətindən asılı olaraq amavroz epizodlarına və görmə sahəsinin itməsinə səbəb ola bilər.
Kavernoz hemangiomaların cərrahi eksiziyası görmə qabiliyyətinə və ya çatışmazlıqlarına səbəb olan hallarda nəzərdən keçirilməli olan metoddur. Görmə funksiyasının təhdid edilmədiyi hallarda, görmə sahəsinin yoxlanılması da daxil olmaqla, ardıcıl müayinə ilə müşahidə məqbuldur. Əgər şiş böyüyürsə (ekzoftalmometriya və ya rentgenoqrafiya ilə ölçülürsə) və gələcəkdə görmə funksiyasının pozula biləcəyi ilə bağlı narahatlıq varsa, erkən cərrahi eksiziya texniki cəhətdən daha asan olub, eyni zamanda məqbul seçimdir.