Histopatologiya – Sual 6
Buynuz qişanın histopatoloji preparatı (Periodik turşu – Sciff boyaması. Orijinal ölşü X250).
Suallar və cavablar
1. Sizin diaqnoz nədir?
Cavab:
Funqal keratit (buynuz qişanın mikotik xorası).
2. Bu zədələnmənin yaranmasına hansı risk faktorları təsir edir?
Cavab:
Anamnezdə travmanın mövcudluğu, xüsusən bitki mənşəli material və torpaqla zədələnmə, göz almasının ön seqmentinin xroniki iltihabi prosseslərinin mövcudluğu, sistem və yerli immun çatışmazlıq, steroid preparatların uzun müddət istifadəsi.
3. Parafinlə fiksasiya olunmuş toxumanı rəngləmək üçün hansı boyalardan istifadə olunur?
Cavab:
Göbələklərin yaşıl fonda qara rəngə boyandığı Gomori metenamin gümüşü (GMG) boyası və göbələklərin mavi-boz fonda açıq bənövşəyi rəngə boyandığı Periodik turçu Schiff (PTS) boyası.
4. Bu vəziyyət neçə müalicə olunur?
Cavab:
Göbələk əleyhinə dərmanlar. Penetran keratoplastika adətən geniş sahəli zədələnmələr üçün göstərişdir.
Cavablara bax