Buynuz qişa/Refraktiv cərrahiyyə – Sual 5

Scott Burk, MD/PhD
Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School

Şəkil 1
Şəkil 1-3. Bu eyni xəstəlikdən əziyyət çəkən  3 müxtəlif şəxsin göz almasının ön seqmentinin fotoşəkilidir.

Şəkil 2

Şəkil 3

Suallar və cavablar
1. Sizin diaqnoz nədir?
Cavab:

Buynuz qişanın Reys-Buklers səthi distrofiyası, və yaxud buynuz qişanın dənəvər distrofiyasının səthi forması

2. Simptomlar hansılardır?
Cavab:

Görmə sahəsini məhdudlaşdıran  və tez-tez təkrarlanan buynuz qişanın epitelial eroziyası.

3. Bu vəziyyətin əsas təzahürü hansıdır?
Cavab:

Xəstəliyə erkən uşaq yaşlarında diaqnoz qoyulur və simptomlar həyatın ilk on illiyində daha da dərinləşərək xəstələrin 20, 30 və 40 yaşlarında buynuz qişalarının çapıqlaşmasına və bununla da görmə sahəsinin itirilməsinə gətirib çıxarır.

4. Patofiziologiyası barədə nə deyə bilərsiniz?
Cavab:

Bouman membranının zədələnərək dağılması və itirilməsi nəticəsində fibroz çapıq toxuma ilə əvəz olunur ki, bununla da buynuz qişanın bulanması baş verir.

5. İrsi xüsusiyyətləri barədə nə deyə bilərsiniz?
Cavab:

Autosom dominant tiplidir.

6. Siz hansı müalicəni tövsiyyə edərdiniz?
Cavab:

Reys-Buklers distrofiyasının başlanğıc mərhələsində konservativ müalicənin əsas məqsədi baş verə biləcək eroziyanın qarşısını almaqdan ibarətdir. Bunun üçün surtunmə qabiliyyətini azaldan damcılardan, gözə sarğı qoyulmasından və ya bondaj kontakt linzalaradan istifadə edilə bilər. Görmə sahəsini məhdudlaşdıran səthi bulanmalarla əlaqədar eksimer phototerapevtik keratektomiyadan istifadə edilir.

7. Bu xəstəlik müalicə olunurmu?
Cavab:

Bəli, Reys-Buklers distrofiyası eksimer phototerapevtik keratektomiyadan  və ya buynuz qişanın transplantasıyasının həyata keçirilməsi ilə müalicə olunur.

Cavablara bax