Buynuz qişa/Refraktiv cərrahiyyə – Sual 10

Scott Burk, MD, PhD | Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School

Tərcümə etdi: Dr. Nurlana Quliyeva
e-mail: dr.n.quliyeva@gmail.com

Şəkil 1. 

Şəkil 1-2. Eyni patololoji vəziyyətdən əziyyət çəkən 2 fərqli şəxsin göz almasının ön seqmentinin fotosu.

Şəkil 2. 

Suallar və cavablar
1. Diaqnoz nədir?
Cavab:

Şnayderin mərkəzi krisstallin distrofiyası.

2. Bu patalogiyanın klinik əlamətləri hansılardır?
Cavab:

Buynuz qişasının mərkəzi hissəsində, Baumen membranının birbaşa altında sarımtıl – ağ rəngli iynəvari ucları olan kristal çöküntülərinin halqa formasında nizamsız düzülüşü  müşahidə olunur. Şnayderin mərkəzi kristal distrofiyası həyatın ilk ilindən müşahidə oluna bilər. Patalogiya buynuz qişa stromasında diffuz şəkildə yayılaraq 10 il boyunca ləng proqressivləşməyə meyllidir. Buynuz qişa epiteli isə hamar və intakt qalır.

3. Patofiziologiyası necədir?
Cavab:

Bu vəziyyət buynuz qişanın stromasında xolesterin, xolesterin efirləri və triqliseridlərin çökməsi nəticəsində yaranır. Qan zərdabında xolesterin və triqliseridlərin əhəmiyyətli dərəcədə yüksəlməsi  isə nisbi xarakter daşıyır.

4. Bu xəstəliyin irsi ötürülməsi necədir?
Cavab:

Autosom dominant.

5. Bu xəstəliyin yüksək rastgəlmə tezliyi üzrə hər hansı əhali qrupu varmı?
Cavab:

Skandinaviya mənşəli insanlarda daha çox rast gəlinir.

6. Uyğun müalicə metodlarından hansılar məsləhət görülür?
Cavab:

Penetran keratoplastika daha uyğun seçim müalicə metodu olub, adətən 45 yaşdan sonra tələb olunur. Artan  serum xolesterini və triqliseridlər isə ixtisaslı həkim tərəfindən nəzarətdə saxlanılır.

7. Bu xəstəlik zamanı residiv halları müşahidə olunurmu?
Cavab:

Bəli. Ancaq korneal transplantat 10 – 20 il müddətində şəffaf qala bilər.

Cavablara bax