Neyrooftalmologiya – Sual 2

Yichieh Shiuey, MD
Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School

Şəkil 1
Xəstə bir həftədən artıqdır ki, sağ gözündə görmənin bulanmasından, gözlərinin hərəkəti zamanı ağrıdan və mərkəzi skotomadan əziyyət çəkir. Onun sağ gözündə həmçinin afferent bəbək defekti və dixromotopsiya da müşahidə edilir.

Şəkil 2
Şəkil 2-3. Xəstənin aksial və koronal MRT müayinəsi zamanı onun sağ görmə sinirində siqnalın artması müşahidə edilir.

Şəkil 3

Suallar və cavablar
1. Ən münasib diaqnoz hansıdır?
Cavab:

Klinik təzahürlərə əsasən ən münasib diaqnoz retrobulbar optik nevritdir. MRT müayinəsinə əsasən sağ görmə sinirində siqnalın intensivliyi artıb. Təsvirə əsasən görmə sinirinin heç bir kompressiyası müşahidə edilmir.

2. Bu xəstəliyin gedişi barədə nə deyə bilərsiniz?
Cavab:

Xəstələr adətən 14 günə qədər müddət ərzində görmələrinin pisləşməsindən şikayət edirlər. Sağaldıqdan sonra bir neçə həftə ərzində görmə itiliyi artmağa başlayır. Birincili optik nevritdən əziyyət çəkən xəstələrin təqribən 85%-də görmə itiliyi sağaldıqdan sonra 0.5 və ya artıq olur. Əgər xəstələrin görməsi 0.1-dən aşağı düşərsə, belə xəstələrin yalnız 1/3-də sağaldıqdan sonra görmələrinin 0.5 və daha yuxarı göstəricilərə qalxması müşahidə edilir.

3. Bu xəstəlik hansı sistem xəstəliklə sıx əlaqədardır. Bu əlaqə nə qədər güclüdür?
Cavab:

Yayılmış skleroz. Yayılmış sklerozla optik nevrit arasındakı sıx əlaqə bir sıra tədqiqatlarla təsdiq edilmişdir. Bu xəstəliyə tutulma 15 yaşından sonra qadinların 75 %-də və kişilərin 40%-də rast gəlinir.

4. Bu xəstəliyin diaqnostikasında MRT müayinəsinin rolu nə qədərdir?
Cavab:

MRT görmə sinirinin kompressiyası nəticəsində meydana gələn optik neyropatiyanı istisna etmək və optik nevritin mövcudluğunu  təsdiqləmək üçün əvəzsiz müayinə üsuludur. Onu da qeyd etmək lazımdır ki, MRT müayinəsi yayılmış skleroz üçün səciyyəvi xüsusiyyət olan periventrikulyar ağ maddənin yayılmış zədlənməsini müşahidə etmək çox informativ metoddur.

5. Bu xəstəliyin müalicəsində steroidlər hansı dozada və hansı yollarla yeridilməlidir?
Cavab:

Optik nevritlərin müalicəsi üzrə tədqiqatlara əsasən steroidlərin vena daxili yeridilməsi MRT müayinəsi ilə yayılmış sklerozun mövcudluğu təsdiq edilmiş xəstələr üçün tövsiyyə edilir. Bu xəstələrdə optic nevritin birincili atakasından sonra vena daxili metilprednizolonun ( 3 gün müddətində 250 mg) yeridliməsi ilk 2 il müddətində yayılmış sklerozun inkişaf riskini aşağı salmış olur. Sözsüz vena daxili steroidlərin yeridilməsi optik nevritlərin sağalmasını bir qədər sürətləndirir, ancaq yekun görmə itiliyi steroidlərin istifadəsindən asılı deyil. Oral steroidlər optik nevritlərin atakasının təkrarlanma şansını artırdığından onların istifadəsi əks göstərişdir.

Cavablara bax